Səs: Real audio
İqtisadi İnkişaf və Vergilər nazirliklərinin məlumatları əhalini şoka salıb İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir ki, prezident həmin nazirliyə Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi ilə birlikdə ölkəyə gətirilən istehlak mallarının idxal və satış qiymətlərinin monitorinqini aparmağı və hər rüb mətbuatda dərc etdirməyi tapşırıb. Prezident bu il mayın 31-də "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" fərman verib.
Monitorinq qrupu bu ilin 2-ci rübü üzrə 39 adda malın idxal qiymətləri ilə onların pərakəndə satış qiymətlərinin müqayisəli təhlilini aparıb və nəticələri təsdiq edib.
Təqdim olunan cədvəldə göstərilir ki, 1 kilo mal ətinin idxal qiyməti 4 220, pərakəndə satış qiyməti isə 16 700 manatdır. Yəni, bu iki qiymət arasındakı fərq 12 480 manat təşkil edir. Başqa sözlə, satış qiyməti 4 dəfə artırılıb. Qoyun ətinin kiloqramının idxal qiyməti 14 200, pərakəndə satış qiyməti 18 600 manatdır. Burda artım 30 faiz təşkil edir. Kərə yağı idxal qiymətindən 3.7 dəfə baha satılır. Kilosu 1 460 manata gətirilən alma 5 700 manata, 1 300 manata gətirilən banan 10 000 manata satılır.
İqtisadçılar qiymətlərdəki fərqi iqtisadi baxımdan izah etməyin çətin olduğunu deyir və bunu daha çox inhisarçılıqla bağlayırlar.
İqtisadçı Azər Mehtiyevin dediyinə görə, inhisarçılıqdan başqa idxal olunan malların qiymətindəki fərq həm də gömrük sistemindəki pozuntularla bağlıdır. Belə ki, idxal rüsumunu az ödəmək üçün gətirilən malların qiyməti az göstərilir.
Azər Mehtiyevin fikrincə, idxal olunan malın qiymətini onun gətirildiyi ölkədə müvafiq qiymətlə müqayisə edəndə əsl reallığı ortaya çıxarmaq olar.
Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovsa bir müddət əvvəl "Azadlıq" radiosuna müsahibəsində respublikaya məhsul idxalının inhisarda olmasını təkzib edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovsa rəhbəri olduğu qurumun ölkəyə gətirilən malların qiymətlərinin tənzimlənməsi üzrə konsepsiyası olduğunu və bu konsepsiyanı İqtisadi İnkişaf Nazirliyinə təqdim etdiklərini bildirir. Eyyub Hüseynov qiymətlərin yüksək olmasını mal gətirən iş adamlarının respublikada müxtəlif instansiyalara rüşvət verməsiylə izah edir. Yəni, biznesmen verdiyi rüşvəti də malın dəyərinə əlavə edir.
Cənab Hüseynov deyir ki, istehlakçıların hüquqlarının müdafiəsinə dair qanuna 3 dəfə düzəliş edilsə də, bu düzəlişlər istehlakçıların xeyrinə olmayıb.
İqtisadçı Azər Mehtiyev İqtisadi İnkişaf Nazirliyinin yaydığı cədvəli ilk öncə antiinflyasiya tədbirlərinin gücləndirilməsi yönündə bir addım kimi dəyərləndirir. Ancaq o deyir ki, bunu nazirliklə Dövlət Gömrük Komitəsi sədri arasında son vaxtlar gözəçarpan münaqişənin nəticəsi də adlandırmaq olar, parlament seçkisi ilə əlaqələndirmək də.
İqtisadi İnkişaf Nazirliyinin məbuat xidmətindən isə bu cədvəlin Gömrük Komitəsi əleyhinə yönəlməsi barədə iddiaları təkzib edir və monitorinqdə məqsədin inflyasiyanın qarşısını almaq olduğunu bildirirlər.
Mətbuat xidmətinin məlumatında deyilir ki, növbəti rüblər üzrə də monitorinqlər aparılacaq və bu dəfə monitorinq 62 adda malın siyahısı əsasında keçiriləcək.