Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:23

Əlil və şəhid ailələrinə verilən müavinətin məbləği artırıldı


Səs: Real audio
«BAYVA Enerji» bunu televiziyanın bir illik debitor borcu ilə, media əməkdaşları isə siyasi amillərlə izah edir Avqustun 23-də prezident İlham Əliyev əlil və şəhid ailələrinin bir qrup üzvünü qədub edilb. Onların problemiləri ilə yaxından maraqlandığını söyləyib.



Prezidentin mətbuat xidmətinin yaydığı başqa bir məlumatda isə bildirilir ki, avqustun 23-də prezident İlham Əliyev “Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində, 1990-cı il 20 Yanvar hadisələrində, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilib, qəza nəticəsində əlil olan hərbi qulluqçulara və şəhid ailəsi üzvlərinə verilən müavinətlərin artırılması haqqında” fərman imzalayıb.



Məlumatı prezidentin mətbuat xidməti yayıb. Fərmana görə, Qarabağ münaqişəsi iştirakçılarına, 1990-cı ilin 20 Yanvarında və Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı əlil olan hərbi qulluqçulara kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzində aylıq 130 min manat məbləğində müavinət veriləcək.



Fərmana əsasən, Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına, şəhid ailəsi üzvlərinin hər birinə müavinətin məbləği 60 min manat müəyyən edilib.
XS
SM
MD
LG