Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:36

Xüsusi xidmət orqanları ilə AXCP arasında qalmaqal səngimək bilmir


Səs: Real audio
«BAYVA Enerji» bunu televiziyanın bir illik debitor borcu ilə, media əməkdaşları isə siyasi amillərlə izah edir Azərbaycan Xalq Cəbhəsi partiyası sədrinin keçmiş müşaviri Ramiz Tağıyev avqustun 22-də keçirdiyi mətbuat konfransında sensasion açıqlama ilə çıxış etdi. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi AXCP sədri Əli Kərimliyə qarşı təxribat planı hazırlayıb. Həmin plana görə, əvvəlcə Xalq Cəbhəsi partiyasının yerləşdiyi qərargahı xüsusi təşkil edilmiş insanlar zəbt etməli, sonra isə o, bu partiyaya sədr gətirilməli idi.



Ruslan Bəşirli qalmaqalından sonra Ramiz Tağıyev olayının da meydana çıxması yerli müşahidəçilərə görə, cəmiyyətdə seçkiqabağı çox ciddi qarşıdurma əhval-rühiyyəsi yaradır. Müşahidəçilər hesab edirlər ki, hər iki məsələdə xüsüsi xidmət orqanları ilə Xalq Cəbhəsi partiyası üz-üzə dayansa da, qarşı duran tərəflərin əhatə dairəsi getdikcə genişlənməkdədir.



Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant İlham İsmayıl deyir ki, bütün bunlar parlament seçkiləri astanasında olan Azərbaycana yaxşı heç nə vəd etmir:



"Bu, ölkənin demokratik yolla inkişafına əngəldir. Azərbaycanın beynəlxalq aləmdə imicinə böyük zərbə vurur".



İlham İsmayıl deyir ki, artıq müxalifət də hakimiyyətin metodlarından istifadə edərək əks-hücuma keçib. Ramiz Tağıyevin bir gün əvvəl mətbuat konfransı keçirərək MTN-i Xalq Cəbhəsi partiyasını dağıtmaq istəyində ittiham etməsinə də İlham İsmayılın sözlərinə görə, elə bu konteksdən yanaşmaq lazımdır.



Üstəlik, Ramiz Tağıyev həmin mətbuat konfransında bildirirdi ki, AXCP-nin dağıdılması planı ilə bağlı MTN-nin əməkdaşları ilə onun arasında vasitəçiliyi Ümüd partiyasının sədri İqbal Ağazadə yaradıb.



Müşahidəçilərə görə, bu da siyasi mənzərəni xeyli tündləşdirir. Yəni, artıq qarşı duran tərəfləri sadə qaydada bir-birlərindən ayırmaq mümkün deyil.



İqbal Ağazadə isə avqustun 23-də keçirdiyi mətbuat konfransında bunu özünə qarşı böhtan adlandırıb. Onun sözlərinə görə, əgər əvvəllər hakimiyyət müxalifətə qarşı "qara" piardan istifadə edirdisə, indi bu, müxalifət düşərgəsində də bir növ dəbə çevrilib.



Milli Təhlükəsizlik Nazirliyinin də bu məsələlərdə tutduğu rol xüsusilə dəqqət çəkir. Sözü gedən nazirlik avqustun 22-də yaydığı bəyanatda Ramiz Tağıyevin açıqlamalarını "cəfəngiyat" adlandırıb.



Nazirlikdə ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayevin sözlərinə görə, bütün bunlar onu göstərir ki, radikal müxalifət "qara" piarla məşğuldur:



"Cəmiyyətdə heç bir nüfuzu olmayan qüvvələr nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyirlər. Onlar yalanla, böhtanla Azərbaycan dövlətini, o cümlədən də Milli Təhlükəsizlik Nazirliyini xalqın gözündən salmaq istəyirlər. Ancaq onlar buna nail ola bilməyəcəklər".



MTN-nin keçmiş əməkdaşı İlham İsmayıl isə hesab edir ki, Milli Təhlükəsizlik Nazirliyi 1993-cü ildən bəri dövlətçiliyin yox, hakimiyyətdə olan siyasi qüvvələrin keşiyində dayanıb və bu meyl son vaxtlar özünü daha kəskin şəkildə göstərməyə başlayıb.



Onun sözlərinə görə, hakimiyyət indii əslində iki cəbhədə öz işini görür. Bir tərəfdən, xaricdə demokratiya görüntüsü yaratmaq istəyir, başqa tərəfdən də, dolayı yollarla müxalifəti vurub sıradan çıxarmağa çalışır. Müxalifətin daxilində isə bir sıra problemlər olduğundan, bəzən hakimiyyət bundan öz məqsədlərinə çatmaq üçün istifadə edir.
XS
SM
MD
LG