Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

«Simurq TV»-nin işığını kəsiblər


Səs: Real audio
«BAYVA Enerji» bunu televiziyanın bir illik debitor borcu ilə, media əməkdaşları isə siyasi amillərlə izah edir «BAYVA Enerji» Tovuzun «Simurq» televiziyasına verilən enerjini dayandırıb. Müəssisə rəhbərliyi bunu televiziyanın bir illik debitor borcu ilə, media əməkdaşları isə siyasi amillərlə izah edir.



«Simurq» TV-nin icraçı direktoru Namiq İsayevin sözlərinə görə, şirkət onlara indiyədək debitor borcla bağlı heç bir hesab-faktura verməyib.



«BAYVA Enerji» nin Regional Şöbəsinin nümayəndəsi Rafiq Abbasov isə dəfələrlə teleşirkətə debitor borc barədə xəbərdarlıq edildiyini bildirir: «Elektrik enerjisinin verilməsi yalnız borca görə dayandırılıb, burda heç bir siyasi amil yoxdur. Borc ödənilən kimi enerji bərpa ediləcək».



Televiziya rəhbərliyi isə mübahisəni məhkəmədə həll etmək niyyətindədir.
XS
SM
MD
LG