Səs: Real audio
Ona yeni siyasi məhus siyahısı təqdim olunub - Azərbaycanda azkükürdlü dizel yanacağı istehsal olunmağa başlandı. "AzərTAc" agentliyinin məlumatına görə, Bakı Neft Emalı Zavodunda tikilən yeni qurğu daha təmiz yanacağın istehsalına imkan verir. Qurğuların alınması 120 milyon dollara başa gəlib.
- Bakı-Tbilisi-Ceyhan neft kəmərinin sonuncu - Türkiyə hissəsinin inşası noyabrın 15-dək başa çatdırılacaq. "AzərTAc" agentliyinin məlumatına görə, Ceyhan limanından ilk neft tankeri bu ilin dekabrında rəsmi mərasimlə yola salınacaq.
- Avqustun 24-dən Bakıda Qazaxıstan bankı fəaliyyətə başlayacaq. "TuranAlem" adlanan bank kreditlər vermək və əmanət qəbul etməklə məşğul olacaq. MDB-nin ən iri bankı sayılan "TuranAlem" ötən həftə Ermənistanın paytaxtı Yerevanda da öz nümayəndəliyini açıb.
- Dünya Bankı Azərbaycanda məhkəmə-hüquq islahatlarının aparılması üçün kredit ayıracaq. Dünya Bankının Bakı nümayəndəliyindən vəsaitin təxminən 25-30 milyon dollar olacağını dedilər. Kredit 10 ildən sonra ödənməklə 35 illiyə veriləcək. Vəsaitin məhkəmələrin maddi texniki təchizatının möhkəmləndirilməsi və avadanlığın alınmasına sərf olunacağı bildirilir.
- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 653, 1 avro 5669, 1 rubl isə 162 manatdır.