Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:41
Rubrikalar

Ötən həftədən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli danışır


Səs: Real audio
Blokun Lənkəran təşkilatları isə aksiya keçirməkdə israrlıdırlar Ötən həftə mənim yadımda ən çox qalan hadisə təəssüf ki, sevindirici hadisə deyil. Bu, Azərbaycanın təhsili ilə bağlı hadisədir.



Bu il də ali məktəblərə qəbul həyata keçirildi. Və çox yaxşı haldır ki, builki qəbulda çox yüksək nəticələr əldə olundu. 600-dən çox bal toplayan şagirdlərin sayı təxminən min nəfərə qədər idi. Bu, çox gözəl nəticədir.



Amma çox təəssüf ki, ən yüksək bal toplayan 15 nəfər abituriyent Azərbaycanda qəbul olduqları məktəblərdə oxumaqdan imtina ediblər... Onlar bildirirlər ki, yaxınları, qohumları onlara həmin bu məktəblərdə baş verən məlum hadisələrdən danışıblar. Və onlar da orada oxumaqdan imtina ediblər. Məncə, bu, çox acınacaqlı haldır. Bizim cəmiyyətimiz üçün çox biabırçı bir haldır. Və mən burada tək Təhsil Nazirliyini və yaxud da digər müvafiq idarələri qınamıram... Hər bir vətəndaşın, şəxsən özümün də bunda günahı olduğunu hiss edirəm.



Biz Azərbaycanda heç olmasa təhsil sistemində şəffaflığın, başqa ölkələrdə, o cümlədən Türkiyədə qəbul olunmuş yüksək səviyyəli təhsilin əsasının qoyulması üçün fəaliyyət göstərməliyik. Biz bunu etməmişik. Və bu gün o faktla qarşılaşırıq ki, Azərbaycanda təhsil çox bərbad vəziyyətdədir. Azərbaycanın ali təhsil ocaqlarında təhsil yarıtmazdır və orda yüksək bilik almaq faktiki olaraq mümkün deyil. Ona görə də bizim istedadlı gənclərimiz Azərbaycanda hamı üçün qibtəolunası müəssisələrə getmək əvəzinə başqa ölkələrə getməyi üstün tuturlar.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG