Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

«ABŞ səfiri Ramiz Mehdiyev və Ramil Usubovu nəzərdə tutur»


Səs: Real audio
MTN Tahir Xubanov və Teymuraz Əliyevin öldürülməsinə dair xəbərləri təkzib edir «İranda mütləq parçalanma ilə nəticələnəcək dəyişiklik olacaq». Bütöv Azərbaycan Birliyi Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli «Xalq Cəbhəsi» qəzetinə müsahibəsində belə deyib. O, bildirir ki, Güney Azərbaycanın müstəqil dövlət qurmaq üçün bütün əsasları var. Cənab Səmədbəyli hesab edir ki, Əhmədi Nejadın hakimiyyətə gəlməsi molla - fars rejiminin sonunu sürətləndirəcək.



«Yeni Azərbaycan» qəzetindəki «ABŞ GUAM-ın perspektivində maraqlıdır» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, Konqresin Xarici Əlaqələr Komitəsi Azərbaycan, Gürcüstan, Moldova və Ukraynaya 96 milyon dolarlıq yardım ayırıb. Məqalədə bildirilir ki, məqsəd GUAM ölkələrinin hərbi təhlükəsizliyini möhkəmləndirməkdir. Müəllif yazır ki, rəsmi Vaşinqton GUAM-ı Rusiyaya qarşı ciddi təzyiq vasitəsi kimi nəzərdə tutur. Digər tərəfdən, bu proseslər qurumun NATO-ya inteqrasiya prosesini tezləşdirə bilər.



«Bakı - Xəbər» qəzetindəki «ABŞ səfiri Ramiz Mehdiyev və Ramil Usubovu nəzərdə tutur» başlıqlı məqalədə Vüsal Şuşalı yazır ki, ölkənin şimal bölgəsinə səfər edən Amerikanın Azərbaycandakı səfiri Rino Harniş jurnalistlər və yerli əhali ilə söhbətində deyib ki, ölkədə parlament seçkisinin demokratik keçməsini istəməyən qüvvələr var. O, buna misal olaraq bölgələrdə və paytaxtın özündə kütləvi aksiyalara icazə verilməməsini göstərib. Deyib ki, mitinqlərin keçirilməməsində polislər və icra başçıları xüsusi canfəşanlıq göstərirlər. Müəllif yazır ki, dolayısı ilə diplomat seçki pozuntularına görə Daxili İşlər naziri Ramil Usubovun və prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin məsuliyyət daşıdığını bəyan edib.
XS
SM
MD
LG