Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:13

ABŞ səfiri: "Seçkilərə mane olmaq istəyən qüvvələr var"


Səs: Real audio
MTN Tahir Xubanov və Teymuraz Əliyevin öldürülməsinə dair xəbərləri təkzib edir "Azərbaycanda seçkiyə mane olmaq istəyən qüvvələr var. Mən xarici ölkə nümayəndəsi olduğum üçün həmin şəxslərin adını çəkə bilmərəm. Bəzi icra başçıları seçkini köhnə qaydada keçirmək istəyirlər".



Bu bəyanatı şimal bölgəsinə səfəri çərçivəsində avqustun 19-da ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş verib.



Amerikalı diplomat onu da bildirib ki, Azərbaycan hakimiyyəti milli azlıqlara hörmətlə yanaşır.



Avqustun 19-da Qusara gələn Rino Harniş öncə "Sadval" Ləzgi Cəmiyyətinin sədri Nizami Sultanovla və cəmiyyətin idarə heyətinin üzvləri ilə görüşüb. Qapalı keçən tədbirdən sonra Nizami Sultanov dedi ki, Rino Harniş rayondakı vəziyyətlə, dini durumla, ləzgilərin ümumi problemləri ilə maraqlanıb.



Cəmiyyət sədri cənab Harnişdən Qusarda 1997-ci ildə fəaliyyəti dayanmış ləzgi dilində televiziyanın yenidən açılmasına kömək göstərməyi xahiş edib.



Günorta saatlarında Qusar rayon İcra Hakimiyyətinin başçısı Zöhrab Pirimovla nahar stolu arxasında danışıqlar aparan Rino Harniş sonra Azərbaycan-Rusiya sərhəddinin Samur keçid məntəqəsinə yola düşüb. O, sərhəd keçid məntəqəsindəki vəziyyətlə tanış olub.
XS
SM
MD
LG