Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:00
Rubrikalar

AFFA hakimləri cəzalandırıb


Səs: Real audio
Temperatur 5-10 dərəcə aşağı düşəcək - Avqustun 19-da AFFA prezidenti Ramiz Mirzəyevin sədrliyi ilə Hakimlər və Nizam-İntizam komitələrinin birgə yığıncağı keçirilib.



Yığıncaqda futbol üzrə 14-cü ölkə çempionatının birinci turunda keçirilən oyunlarda hakimlərin fəaliyyəti təhlil olunub. Müzakirələrdən sonra nöqsanlara yol verdiyinə görə Zöhrab Qədiyev, Anar Salmanov, Məhəmməd Məmmədov və Munis Abdullayev hakimlikdən kənarlaşdırılıb.



İmanxan Sultani, Xəqani Məmmədov, Azad Mütəllimov, Rövşən Əhmədov, Eldar Nağıbəyov və Vüsal Əliyevə isə sonuncu xəbərdarlıq edilib.



Baş katibin müavini Səyavuş İbrahimov işinin çox olduğunu nəzərə alaraq Hakimlər Komitəsinin sədri vəzifəsindən azad olunmasını xahiş edib. Hakimlər Komitəsinin sədri vəzifəsini müvəqqəti icra etmək komitənin üzvü Əli Hüseynova həvalə olunub.



- Avqustun 21-də isə futbol üzrə milli çempionatın ikinci turu başlayır. Həmin gün "Şahdağ-Samur" "Olimpik", MOİK "Gənclərbirliyi", "Gəncə-MKT" isə "Araz"la qarşılaşacaq.



Avqustun 22-də isə "İnter" – "Karvan", "Xəzər Lənkəran" –"Bakı", "Qarabağ" – "Neftçi", "Göyəzən" – "Turan" oyunları keçiriləcək.



Milli çempionatın üçüncü turu isə avqustun 27-28-də olacaq.



- Voleybol üzrə Azərbaycan yığmasının üzvü Yelena Şabovta İstanbulun "Beşiktaş" klubu ilə müqavilə bağlayıb.



Ölkə çempionu "Azərreyl"in keçmiş oyunçusu bundan əvvəl Fransanın "Kann" klubunda oynayırdı. Ötən mövsümdə "Kann" Fransa çempionu olub və ölkə kubokunu alıb.



Yelena Şabovta bu il Avropa Çempionlar Liqasında Türkiyəni təmsil edəcək "Əczaçıbaşı" və "Vakifbank" komandalarının heyətində də oynayıb.



- Azərbaycanın suda xilasediciləri Avropa çempionatında 17-ci yeri tutub. Yarışma avqustun 9-dan 18-dək Almaniyada keçirilib. Azərbaycanın suda xilasediciləri ilk dəfədir ki, Avropa proqramı üzrə çıxış ediblər.
XS
SM
MD
LG