Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 03:24

Avqustun 20-dən hava sərinləşəcək


Səs: Real audio
Temperatur 5-10 dərəcə aşağı düşəcək Avqustun 20-dən hava sərinləşəcək. Şənbə günündən başlayaraq Abşeron yarımadasında şimal küləyi, digər yerlərdə isə şimal-qərb küləyi əsəcək. Havanın temperaturu avqustun 23-dək tədricən 5-10 dərəcə aşağı düşəcək. Avqustun 20-də havanın maksimal temperaturu 28-31 dərəcə, sonrakı günlərdə isə daha aşağı olacaq.Rayonlarda şimşək şaxacağı, bəzi yerlərdə leysan yağışlar yağacağı gözlənilir, dağ çaylarında daşqınlar istisna olunmur.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva sərinləşmənin səbəbini şimaldan gələn soyuq hava kütləsiylə izah edir.
XS
SM
MD
LG