Səs: Real audio
Rumin Maleyev və Berit Lindeman monitorinq aparacaqlar Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətini və namizədlərin qeydiyyatının monitorinqini aparmaq üçün ATƏT-in iki eksperti Azərbaycana gəlib. Bunlar Rumin Maleyev və Berit Lindemandır. Bu haqda məlumat verən ATƏT-in Bakı Ofisinin əməkdaşı Ülvi Axundlu deyir ki, ekspertlər monitorinq aparmaqla yanaşı, həm də MSK üzvlərinə beynəlxalq təcrübənin mənimsənilməsində kömək edəcəklər.
MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov isə deyir ki, ekspertlər sadəcə, müşahidə apara bilərlər: «İndiki halda MSK-nın kiminsə yardımına və dəstəyinə ehtiyacı yoxdur».
Cənab Axundlu deyir ki, monitorinqin nəticələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasına təqdim ediləcək. Həmin missiya Azərbaycana sentyabrın əvvəllərində gələcək.
Hər iki ekspert əvvəllər də Azərbaycanda olub. Rumin Maleyev 2003-cü il prezident seçkisi zamanı MSK-nın fəaliyyətini izləyib. Berit Lindeman isə 2002-2003-cü illərdə Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanmasında iştirak edib.