Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:18
Rubrikalar

YAP-ın namizədlər siyahısını gec açıqlaması nə ilə bağlıdır?


Səs: Real audio
Blok Viktor Kezimanın dediklərini təhqir və iqtidarının müdafiəsində durmaq kimi dəyərləndirir Qonaqlar:



- Aslan İsmayılov – vəkil, bitərəf namizəd



- Arif Hacılı – "Azadlıq" blokundan namizəd



- Şahlar Əsgərov – YAP-dan namizəd



Rahib Azəri: Yeni Azərbaycan partiyası namizədlər siyahısını açıqladı. Bundan öncə "Azadlıq" və "YeS", eləcə də digər seçki blokları namizədlərini açıqlamışdı. İqtidar partiyasının bu qədər gecikməsini nə ilə bağlayardız?



Şahlar Əsgərov: Mən bunu gecikmə deyil, tələsməmək, yüz ölçüb bir biçmək adlandırardım.



Arif Hacılı: Namizədlər siyahısının tez açıqlanması daha məqsədəuyğundur. Çünki, imza toplanması kampaniyasının başlanmasından 1 aydan çox vaxt keçib. Bu dövrün özündən də əslində, imza toplanması, dairənin, rəqiblərin öyrənilməsi məqsədləri üçün istifadə olunur. Hesab edirəm ki, "Azadlıq" bloku da vaxtından bir qədər gec namizədlərini təyin etdi. Amma hər halda, YAP-ın namizədlər siyahısının elan olunmasının gecikməsi onların rəqiblərin siyahılarını gözləməsi ilə bağlı olub... Bizim blokda da belə təkliflər var idi, amma biz öz siyahımızı YAP-ın siyahısını gözləmədən təyin etdik.



Aslan İsmayılov: Mən hesab edirəm ki, həm "Azadlıq" blokunun, həm də "YAP"ın siyahını gec elan etməsinin bir səbəbi olub... Hərə bunu bir cür əsaslandıra bilər. Amma mənim gördüyüm obyektiv səbəb budur ki, bir dairə üzrə bir neçə namizəd olub və onlar arasında seçim etmək çətinliyi bu siyahının gecikdirilməsinə səbəb olub.



Rahib Azəri: Mətbuatda daha öncə qeyd olunurdu ki, Yeni Azərbaycan partiyasının siyahısında əsasən gənclərə üstünlük veriləcək. Ancaq təəssüflər olsun ki, açıqlanan siyahıda gənc adlar o qədər də çox deyil. Hətta bəzi gənclər, məsələn Gültəkin Hacıyeva, Alqış Həsənoğlu, Vüqar Rəhimzadə və başqalarının adlarını siyahıda görmədik. Yenə də eyni meyli görürük. Yəni, köhnə namizədlər, köhnə adlar. Nəsil dəyişmə "Azadlıq" və "YeS" bloklarının siyahısında getmir.



Şahlar Əsgərov: Gültəkin Hacıyeva güman edirəm ki, deputatlığa namizədliyini verəcək. Ancaq düzü, Gültəkin Hacıyeva YAP-ın üzvü olmadığına görə onun bu siyahıda olması da təəccüb doğura bilərdi. O, yəqin ki, müstəqil namizəd kimi çıxış edəcək.



Alqış Həsənoğlu ilə Vüqar Rəhimzadənin də adı yoxdur. Ümumiyyətlə, Alqış çox yaxşı qəzetçidir... Ancaq güman edirəm ki, Alqış özü deputat seçilməyə təşəbbüs göstərməyib. Qaldı Vüqar Rəhimzadəyə, ... burada da mən çox böyük faciə görmürəm. Çünki, Vüqar Rəhimzadə hələ potensialından istifadə etməmiş gənc, istedadlı bir YAP üzvü, vətəndaşdır. Və bu və ya başqa yerlərdə yəqin ki, onun potensialından istifadə olunacaq.



Arif Hacılı: Millət vəkili seçkisi elə bir seçkidir ki, orada tanınmış adamların, tanınmış adların olması zərurəti ortalıqdadır. Çünki, yeni adlar, yeni adamlar ilk olaraq yəqin ki, icra strukturlarında ortalığa çıxa bilərlər. Amma millət vəkili seçilmək, insanların səsini almaq üçün tanınmış şəxsiyyətlərin, təcrübəli siyasətçilərin olması zərurəti var. Ona görə də "Azadlıq" blokunın siyahılarında kifayət qədər tanınmış adamların çox olması məncə, təbiidir... Eyni zamanda bitərəflər də bizim blokumuz tərəfindən irəli sürülüb. Yeni Azərbaycan partiyasının namizədlər sırasından fərqli olaraq 15 bitərəf şəxs var...



Aslan İsmayılov: Mən hər iki siyahıda inkişaf görmürəm. 15 ildir demək olar ki, Azərbaycan səhnəsində həm iqtidarda, həm müxalifətdə eyni şəxslərdir. 15 il eyni simalar eyni yerdə olmamalıdır. Bunlar dəyişməlidirlər mövqelərini... Mən müxalifət sıralarında da elə dəyişik
XS
SM
MD
LG