Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Alpinist qadınlar Şahdağ zirvəsinə yola düşüblər


Səs: Real audio
Bunu prezident İlham Əliyev deyir Avqustun 18-də Azərbaycan, Rusiya, Tacikistan, İndoneziya və İranın 30-a qədər qadın alpinisti Şahdağ zirvəsinə yola düşüb. Azərbaycan Alpinistlər Fedarasiyasının vitse-prezidenti Səridan Mursaqulovun sözlərinə görə, bu ideya İslam Qadınları İdman Fedarasiyasının prezidenti Faizə Haşimiyə məxsusdur: «Ola bilsin ki, belə bir təşəbbüs növbəti illərdə digər təşkilatçı ölkələrdə hayata keçirilsin».



S.Mursaqulov deyir ki, ekspedisiyada Azərbaycandan 10 nəfər qadınla yanaşı, eyni sayda köməkçi kişi alpinisti də iştirak edir.



İranın Dağçılıq Fedarasiyasının əməkdaşı İqbal Əflakı isə bildirir ki, ekspedisiyada onları yeddi qadın alpinist təmsil edir. O, ümid edir ki, iranlı alpinistlər Everest zirvəzinə təşkil edilən ekspedisiyada olduğu kimi, bu dəfə də uğurlu iştirakları ilə yadda qalacaqlar.



Azərbaycanın qadın alpinistlərindən Şəfəq Qafarova: «Şahdağı fəth edəcəyik. Fəxr edirəm ki, biz də burdayıq».



Ekspedisiyanın səfəri avqustun 23-də başa çatmalıdır.



Şahdağ Kiçik Qafqazda dağ silsilələrindən biridir. Ən yüksək zirvəsi 3367 metr hündürlüyü olan Hinaldağ yüksəkliyidir. Şahdağ zirvəsinin hündürlüyü isə 2901 metrdir.
XS
SM
MD
LG