Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

ABŞ səfiri Qubada yerli partiya təmsilçiləri ilə görüşüb<p align=`left`><br><br>


Səs: Real audio
Bunu prezident İlham Əliyev deyir Avqustun 18-də Quba Olimpiya Kompleksində ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş yerli partiya təmsilçiləri ilə görüşüb. Seçkiqabağı vəziyyət və müxalifətçilərin qarşılaşdıqları problemlərin müzakirə olunduğu görüşdə AXCP, Müsavat, AMİP, Liberal və ADP-nin rayon qurumlarının üzvləri və YAP rayon təşkilatının sədri, millət vəkili Hüseynağa Baxışov iştirak edib.



Rayon müxalifətçiləri aksiya keçirmək üçün yerli icra hakimiyyəti orqanlarından müvafiq yer ala bilməmələrindən və imzatoplama kampaniyasında üzləşdikləri çətinliklərdən söz açıblar. 2003-cü il prezident seçkisi zamanı həbs olunmuş AXCP Quba təşkilatının üzvü Şəmsəddin Cəmiyevin hələ də həbsdə qalması səfirin nəzərinə çatdırılıb. R.Harniş məsələni xüsusi diqqətə götürəcəyini bildirib.



Hakim partiyanın təmsilçisi Hüseynağa Baxışov müxalifət fəallarının söylədiklərinin bəzi məqamları ilə razı olsa da, digər məsələlərin mübahisəli olduğunu bildirib.



Sonra Xaçmaza gələn səfir burda kitabxana-informasiya və İnsan Hüquqları Resurs mərkəzlərində görüş keçirib.



Avqustun 19-da R.Harniş Qusara gedəcək.
XS
SM
MD
LG