Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:05

Gələn il dövlət büdcəsi bir milyard dollar artırılacaq


Səs: Real audio
Bunu prezident İlham Əliyev deyir Azərbaycanın dövlət büdcəsi gələn il bir milyard artırılaraq üç milyard iki yüz milyon dollara çatdırılacaq.



Bunu avqustun 18-də Qəbələyə gələn prezident İlham Əliyev rayon sakinlərinin qarşısında çıxış edərkən söyləyib: «Biz qarşımıza Azərbaycanı güclü və çiçəklənən dövlətə çevirməyi məqsəd qoymuşuq və buna cəhd edirik».



Cənab Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn xərclərin artırılacağını söyləyib. Minimum əmək haqqı və təqaudlərin üç dəfə artırıldığını deyən ölkə başçısı, bunun son hədd olmadığını bildirib.



Prezident ölkənin enerji ilə bağlı bütün problemlərinin həllini də vəd edib.



İ.Əliyev Qəbələnin turizm üçün əlverişli məkan olduğunu vurğulayıb.



Dövlət başçısı Qəbələ konserv zavodunun təməlqoyma mərasimində iştirak edib, fındıq emalı müəssisəsinə baş çəkib.



Prezident bu gün həmçinin Oğuz rayonuna da baş çəkəcək. Avqustun 19-da isə dövlət başçısı İsmayıllıya gedəcək.
XS
SM
MD
LG