Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18
Rubrikalar

Azərbaycan Özbəkistandan təyyarələr alacaq


Səs: Real audio
Qurumun vitse-prezidenti Alen Deletroz sentyabrın 8-9-da Bakıya gələcək - Azərbaycan Özbəkistandan 2 yeni "İl-76TD" təyyarəsi alacaq. Bu haqda müqavilə Moskvada keçirilən "MAKS" təyyarə sərgisində imzalanıb. Bundan əlavə, "İl" təyyarələri üçün əlavə 5 mühərrikin də alınması planlaşdırılır. Təyyarələr və mühərriklər Daşkənddəki Çkalov adına zavodda istehsal olunacaq.



- Dünya bazarlarında isə xam neftin qiyməti nisbətən ucuzlaşıb. Bazar ertəsinə nisbətən qiymətlər 67 dollardan 66 dollara düşüb. Ekspertlərin fikrincə, qiymətin sabitləşməsi ABŞ neft emalı zavodlarında "qara qızıl"a olan tələbatın ödənilməsi ilə bağlıdır.



- Mingəçevirdə elektik ötürücü xətlər üçün dirəklər istehsal olunacaq. "AzərTAc" agentliyinin məlumatına görə, 30 metrlik beton dirəklər yerli bazar üçün nəzərdə tutulub.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4660, 1 rubl 163, 1 avro isə 5745 manatdır.
XS
SM
MD
LG