Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 22:34

Universitet müəllimləri təcrübələrini Amerikada artıracaqlar


Səs: Real audio
Qurumun vitse-prezidenti Alen Deletroz sentyabrın 8-9-da Bakıya gələcək Universitet müəllimləri öz təcrübələrini Amerikada da artıra bilərlər. “Junior Faculty Development Program” xüsusilə gənc müəllimlərin 5 ay Amerika təhsil müəssisələrində təcrübə keçmələrinə imkan yaradır.



Beynəlxalq Təhsil üzrə Amerika Şurasının proqramlar üzrə koordinatoru Qalib Abbaszadə deyir ki, əsas şərt iştirakçının hansı fənni tədris etməsindən asılı olmayaraq ən azı 2 il müəllimlik təcrübəsinin olmasıdır.



- Bu proqramda iştirak etmək istəyənlərin 2 il müəllimlik təcrübəsi olmalıdır və əsasən ali məktəblərdə çalışmalıdır.



Qalib Abbaszadənin sözlərinə görə, qalib gəlmək və Amerikaya yola düşmək üçün 3 mərhələni keçmək lazımdır.



- Birinci mərhələ sənədlər əsasında qurulub. Sənədlərə öz məqsədini təsdiq edən sənəd, tövsiyə məktubları, xüsusi anket forması, ingilis dilində tərcümeyi-hal aiddir. İkinci mərhələyə keçənlər TOEFL imtahanına dəvət olunurlar. Daha sonra müsahibədir.



Sənədlərin son qəbul tarixi avqustun 19-dur. İmtahanın hər üç mərhələsindən uğurla çıxmış qaliblər noyabrda müəyyən olunacaq. Amerikada təhsil isə 2006-cı ilin yanvar ayından may ayınadəkdir.
XS
SM
MD
LG