Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00
Rubrikalar

26-cı neft müqaviləsi imzalandı


Səs: Real audio
Asim Mollazadə: «Hazırda bu işlə Avropa Şurasının Aparatı məşgul olur» - Azərbaycan Dövlət Neft Şirkəti [ARDNŞ] ilə Birləşmiş Ərəb Əmirliklərinin "RAFI Oil" korporasiyası arasında "Suraxanı" yataqlar qrupunun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalanıb.



Dövlət Neft Şirkətinin rəhbəri Natiq Əliyevin verdiyi məlumata görə, müqavilə 25 il müddətinə imzalanır. Müqavilədə iştirak payı belə bölüşdürülüb: ARDNŞ - 25%, "RAFI Oil" - 75%.



Müqavilənin qüvvəyə minməsindən sonra xarici şirkət 1 mln. dollar məbləğində bonus ödəməli və 90 gün ərzində müqavilə üzrə işlər proqramını təsdiqlənmək üçün ARDNŞ-ə təqdim etməlidir.



- Şamaxida fəaliyyət göstərən "Star Ltd." şirkətinin məhsulları bundan sonra tanınmamış Şimali Kipr Türk Respublikasına da göndəriləcək.



"Turan" informasiya agentliyinin məlumatna görə, artıq Şimali Kiprdə şirkətin nümayəndəliyinin yaradılması barədə razılıq əldə olunub.



İlkin mərhələdə bu ölkəyə təqribən 2-3 milyon dollarlıq məhsul göndəriləcək.



- Bu günə gədər Azərbaycanda 5 977 mənzil istismara verilib. Ötən illə müqayisədə bu, 45.2 faiz çoxdur.



Yaşayış tikintisinin 87 faizi fərdi şəxslərin payına düşüb. Bu barədə "Turan"a Dövlət Statistika Komitəsindən bildiriblər.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 665, 1 avro 5 791, 1 rubl isə 164 manatdır.
XS
SM
MD
LG