Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:28
Rubrikalar

Taekvandoçular Cənubi Koreya turnirinə hazırlaşır


Səs: Real audio
Siyasi məhbuslar üzrə işçi qrupun növbəti toplantısı bir aydan sonra keçiriləcək - Avqustun 17-də futbol üzrə Azərbaycan yığması Albaniya komandası ilə yoldaşlıq görüşünə çıxacaq. Yığma artıq Tiranadadır.



- Azərbaycan şahmatçısı Teymur Rəcəbov Almaniyada keçirilən şahmat festivalının qalibi olub. Sürətli şahmat üzrə yarışda Teymur Rəcəbov 11 oyundan 9 qələbə qazanıb.



- Avqustun 17-də otüstü xokkey üzrə Bakı çempionatı sona çatır. Yarışda Azərbaycan və İrandan 6 komanda iştirak edir.



- Avqustun 16-da isə Rusiyada otüstü xokkey üzrə qadınlardan ibarət komandalar arasında beynəlxalq turnirin startı verilib. Turnirdə Azərbaycan komandası da iştirak edir. Yarışlar avqustun 19-dək davam edəcək.



- Azərbaycanın tələbə idmançıları İzmirdə keçirilən beynəlxalq universiadada çıxışlarına başlayıb. Gənclər, İdman və Turizm Nazirliyinin əməkdaşı Raqif Abbasovun verdiyi məlumata görə, artıq medal qazanan da var: «Azərbaycan 30 idmançı ilə təmsil olunur. Sərbəst güləşçilərdən Namiq Sevdimov bürünc medal qazanıb. Ümid edirik ki, medalların sayı çox olacaq. Bu gün cüdoçularımız da mübarizəyə qoşulacaq».



- Azərbaycan taekvandoçuları Cənubi Koreyanın açıq çempionatında çıxış edəcək. Turnirin startı sentyabrın 4-də veriləcək. 70 ölkə idmançılarının mübarizə aparacağı turnirdə Azərbaycan 11 taekvandoçu - Zahid Məmmədov (54 kq), Elnur Amanov (58 kq), İlkin Şahbazov (62 kq), Fuad Nuriyev (67 kq), Fəqan Umudov (72 kq), Rəşad Əhmədov (78 kq), Təvəkkül Bayramov (84 kq), Şəhrun Yusifova (47 kq), Arzu Bağırova (51 kq), Aynurə Məmmədova (55 kq) və Günay Ağakişiyeva (59 kq) ilə təmsil olunacaq.



- Polşada sərbəst güləş üzrə beynəlxalq turnir sona çatıb. Azərbaycan idmançılarından Abil İbrahimov gümüş medal qazanıb.
XS
SM
MD
LG