Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:07

Piar nədir?


Səs: Real audio
Siyasi məhbuslar üzrə işçi qrupun növbəti toplantısı bir aydan sonra keçiriləcək Azərbaycanda piarla məşğul olanların özləri etiraf edirlər ki, "piar" adlanan fəaliyyət sahəsinin mənası tam anlaşılmır. Buna baxmayaraq, piar və "qara piar" – qarayaxma bu gün həm mətbuatda, həm siyasətdə, həm də sadə adamlar arasında adı tez-tez çəkilən ifadədir.



Piarın nə olduğunu bu sahənin bilicilərindən eşidək.



İctimai əlaqələr üzrə araşdırıcı və tənqidçi Nizaməddin Quliyev: "Piar əslində fərdin və yaxud kollektivin, hətta dövlətin maraqlarının ictimaiyyətin, cəmiyyətin maraqlarıyla uzlaşdırılması elmidir".



Yerli piar mütəxəssisi Tamilla Nağıyeva: "Piar hansısa bir korporasiyanın, qurumun imicini formalaşdırmaqdır`.



BDU-nun müəllimi, media üzrə mütəxəssis Zeynal Məmmədli: "Piardan danışanda söhbət vətəndaşlardan getmir. Vətəndaşların özünə piar lazım deyil. Piar məhz vətəndaşların hökumət, idarə edənlər haqqında nə düşündüyünü bilmək və idarə edənlərə inanması üçün lazım olan bir sosial institutdur".



Piarın vətəni ABŞ hesab olunur. İngilis dilindən tərcümədə "public relations", qısaca PR "ictimaiyyətlə əlaqələr" mənasını verir. Piarın tarixindən bəhs edən ədəbiyyatda bu termini ilk dəfə ABŞ-ın üçüncü prezidenti Tomas Cefersonun Konqresə müraciətinin qaralamasında işlətdiyi bildirilir. O vaxtdan da qəbul olunmuş termin kimi ictimaiyyətlə əlaqələrə qısaca "piar" deyirlər.



Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev bildirir ki, inkişaf etmiş ölkələrdə müxtəlif piar şirkətləri konkret adamlara və təşkilatlara onların görmək istədikləri işlə bağlı adamların nə düşündükləri haqda sorğular keçirirlər:



"Məsələn, Vaşinqtonda bir bina tikmək lazım gəlir. Həmin məhəllədə bu binanın layihələrini sərgiləyirlər. Bu məhəllənin adamları o liyəhəyə baxırlar, iki-üç ay o layihə haqqında öz fikirlərini bildirirlər. Və o fikirlər sonda meriyada toplanır. Nəticə nə çıxsa, o haqda qərar qəbul edirlər. Və "ağ piar"la məsələ həll olunur: bina ya tikilir, ya tikilmir".



Piarçılar hesab edirlər ki, piarın məşğul olduğu sahələrdən biri də iri sahibkarlıqdır. Bu gün dünyada məşhur "Sony" və "Samsung" kimi əmtəə nişanlarını təkcə onların keyfiyyətinə görə tanımırlar. Onları tanıdan PR ustaları var.



Ancaq mütəxəssislərə görə, inkişafının ilk dövrlərindən bu günə qədər piar ən çox siyasətçilərə lazım olub. Ona görə də seçki kampaniyalarında piar ustalarına və şirkətlərinə tələbat artır.



Zeynal Məmmədli: "Harada seçki var, orada piar mütləq önəmlidir. "Mən seçici olaraq seçdiyim haqqında nə bilirəm" və "seçilmək istəyirəmsə, seçici hansı halda məni seçərdi" sualını cavablamaq üçün. Azərbaycanda acı gerçək odur ki, bizdə bu baxımdan güvən yoxdur. Vətəndaşa elə gəlir ki, onun kimi seçmək istəməsindən asılı olmayaraq onun istədikləri gerçəkləşməyəcək".



Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov: "İndi Azərbaycanda gedən bütün proseslər seçicinin fikrini öyrənib ona nəsə verməyə yox, seçiciyə total informasiya hücumu etməklə onda müəyyən rəy yaratmağa xidmət edir. Bizdə siyasət subyektləri seçiciyə özlərini elə təqdim etmirlər ki, mən nəyə görə yaxşıyam, mənə nəyə görə səs verin. Onların indi bütün fəaliyyəti ondan ibarətdir ki, mənim rəqibim pisdir".



Müsahiblərin fikrincə, bu gün haqqında çox danışılan "qara piar" –qarayaxma da məhz belə vəziyyətdə ortaya çıxır.



Zeynal Məmmədli: "Bu halda biz hansı gerçəklikdən danışa bilərik? "Qara piar" gerçəkliklərindən. O gerçəkliklərdən ki, həqiqətdə biz kimin nə düşündüyünü heç cür nəzərə almırıq. Hansı faktların
XS
SM
MD
LG