Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:12

«Saraydaxili çəkişmələr son həddə çatıb»


Səs: Real audio
Sərdar Cəlaloğlu: «Cinayətkarı müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır» «Bakı - Xəbər» qəzetindəki «Saraydaxili çəkişmələrə Moskvadan da reaksiya gəldi» başlıqlı məqalədə Nicat Dağlar yazır ki, hakimiyyətdaxili ziddiyyətlər Heydər Əliyev dövründə də mövcud idi. Lakin mərhum dövlət başçısının məmurları təsir altında saxlamaq imkanları daxili narazılığın açıq müstəviyə keçməsinə imkan vermirdi. Müəllif yazır ki, cənab Əliyevin dünyasını dəyişməsindən sonra illərlə yığılıb qalmış narazılıqlar indi tam çılpaqlığı ilə üzə çıxır və demək olar ki, özünün pik həddinə çatıb. Məqalədə bildirilir ki, bu günlərdə Rusiyanın «Moskovskiy Komsomolets» qəzetində Azərbaycanın siyasi səhnəsindən bəhs edən yazıda hakimiyyətdaxili çəkişmələrə də geniş yer ayrılır. Bildirilir ki, Rusiyanın müdafiə etdiyi hızırkı iqtidar üçün ciddi təhlükə mövcuddur.



«Yeni Azərbaycan» qəzetindəki «Avropa Birliyi digər münaqişələrin həllinə maraq göstərir» başlıqlı məqalədə Aqşin Şahinoğlu yazır ki, İsrail-Fələstin probleminin həllində əsaslı dönüş Avropanı təmsil edən qurumların prosesə qoşulmasından sonra yaranıb. Adıgedən münaqişə Avropa ölkələri üçün ciddi təhlükə mənbəyidir. Avropa həmçinin Dağlıq Qarabağ tipli münaqişələrin də olmasını istəmir. Müəllif yazır ki, nə vaxtsa Avropa Birliyi bu münaqişəyə də diqqət yetirə bilər.
XS
SM
MD
LG