Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:45
Rubrikalar

Məcburi köçkünlər harada səs verməlidirlər?


Səs: Real audio
Sərdar Cəlaloğlu: «Cinayətkarı müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır» "Seçki Qatarı"nda:



- Məcburi köçkünlərin səsvermə yeri ilə bağlı problemi araşdıracaq;



- və Zaqatala əhalisinin seçkiqabağı vəziyyəti ilə tanış olacağıq



"MƏCBURİ KÖÇKÜNLƏR SEÇKİ HÜQUQU ƏN ÇOX POZULAN TƏBƏQƏDİR"



Ağdamdan köçkün düşmüş Tahirə Şükürova 8 ildir ki, Bakının Nizami rayonunda yaşayır. Bu müddət ərzində keçirilən seçkilərdə nə ona, nə də onun qonşuluğunda yaşayan məcburi köçkünlərə bildiriş vərəqəsi gəlməyib.



Demokratik Seçkilərə Yardım Mərkəzinin sədri Əli Quliyev deyir ki, ötən prezident seçkisində onun müşahidəçi olduğu məntəqələrdə belə hallar çox olub. Köçkünlərə seçki günü deyiblər ki, onlar yaşadıqları yox, qeydiyyatda olduqları ərazidə səs verməlidirlər.



Əli Quliyevin sözlərinə görə, köçkünlər uzaq yol qət etməkdənsə səsverməyə qatılmamağa üstünlük verirlər.



Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov isə deyir ki, Seçki Məcəlləsinin 9-cu maddəsinə görə, müharibə səbəbindən daimi yaşayış yerini itirən şəxslər MSK-nın müəyyən etdiyi qaydaya əsasən qeydiyyatda olduqları yerdə səs verməlidirlər. Onun sözlərinə görə, Tahirə Şükürova öz adını seçki gününə 35 gün qalmışa qədər Ağdam dairəsi üzrə yaxınlıqdakı istənilən məntəqənin siyahısına saldıra bilər.



Natiq Məmmədov deyir ki, MSK-nın başqa cür hərəkət etməsi mümkün deyil. Çünki, məcburi köçkünlər demək olar ki, ölkənin hər yerində, özü də pərakəndə halda yaşayırlar.



Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən bildiriblər ki, məcburi köçkünlərin faktiki yaşayış yeri ilə bağlı onlarda dəqiq siyahı var. Komitənin sədri Əli Həsənovun sözlərinə görə, onlar hansı köçkünün faktiki harada yaşadığını bilirlər, çünki, həmin vətəndaş üçün komitə kommunal xərcləri ödəyir.



Əli Həsənov MSK rəsmisinin fikri ilə razı deyil. O deyir ki, köçkün faktiki yaşayış yerində səs verməlidir:



"Axı başqa cür mümkün deyil. Əgər vətəndaş Bərdədə qeydiyyatda olub Bakıda yaşayırsa, necə gedib Bərdədə səs verə bilər. Bu fiziki baxımdan mümkün deyil".



IREX Beynəlxalq Humanitar Təşkilatının hüquqşünası Ələsgər Məmmədli hesab edir ki, məcburi köçkünlər seçki hüququ ən çox pozulan təbəqədir. Hüquqşünas çıxış yolunu seçici vəsiqələrini Qaçqınlar Komitəsi ilə birlikdə hazırlamaqda görür.



Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədovun sözlərinə görə, bu problem MSK-nın iclaslarında müzakirə olunacaq.



"Seçkilər" İnformasiya Mərkəzinin məlumatına görə, ötən prezident seçkisində işğal olunmuş rayonlar üzrə 9 dairə yaradılıb. Səsvermə yaşına çatmış 300 mindən artıq məcburi köçkünün 70 faizi öz hüququndan istifadə edib.



ZAQATALA TELEVİZİYASI SEÇKİDƏ HAMIYA EYNİ İMKAN YARADACAĞINI DEYİR



Burda əhalinin bir qismi səbirsizliklə qoz-fındıq mövsümünü gözləyir. Bəzən ümidləri doğrulmasa belə...



Zaqatalayla tanışlığımız avtobus və adamlarnan qaynaşan avtovağzaldan başladı.



Rayon sakini 46 yaşlı Eldar dayı uzun müddət sürücü işləyib. İndisə işsizdir. O, Zaqatalada həyat səviyyəsinin aşağı olmasını rayondakı işsizliklə əlaqələndirir.



Rayon bazarı avtovağzaldan o qədər uzaq deyil. Odur ki, yolumuzu saldıq bazara. Bazarda satıcıların çoxu qocalardır.



Təqaüdçü Zibeydə xala bazarın girəcəyində yumurta satır. O, bu yaşda alver etməyinin səbəbini kommunal xərclərin çoxluğuna bağlayır.



34 yaşlı Fəridə isə alış-verişlə yeni məşğul olmağa başlayıb. O, öz bağında əkib-becərdiyi tərəvəzi bazard
XS
SM
MD
LG