Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59
Rubrikalar

Azərbaycanın nefti 40 ilə bəsdir


Səs: Real audio
Baş prokuror Zakir Qaralov həmin adamın adını açıqlamır - Gələn ilin əvvəlindən Azərbaycana 3-cü mobil telefon operatorunun gətirlməsi ilə bağlı fəaliyyətə başlanacaq.



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, bunun üçün şərtlər artıq müəyyənləşdirilib. Yeni operator mobil və İnternet şəbəkəsinin genişləndirilməsini təmin etməli və bu sahəyə böyük sərmayələr yatırmalıdır.



Digər tələb isə Azərbaycanın bütün regionlarında mobil rabitə əlaqəsinin mümkünlüyü ilə bağlıdır.



Rəsmi məlumatlara görə, iki mobil operatorun – "Bakcell""Azercell"in fəaliyyət göstərdiyi Azərbaycanda hazırda 1 milyon 800 min abonent var.



- Gələn ildən Azərbaycan Dövlət Neft Şirkəti iki iri qaz layihəsinin icrasına başlayacaq.



Şirkətin mətbuat xidmətindən aldığımız məlumata görə, layihələrin ümumi dəyəri təxminən 200 milyon dollardır. Vəsaitin təxminən yarısı "Günəşli" yatağından qazın çıxarılmasına və yeni 23 quyunun qazılmasına sərf olunacaq. Hazırda Azərbaycanın qaza tələbatı ildə 12-14 milıyard kubmetrdir və bunun 5 milyardı Rusiyadan idxal hesabına ödənilir.



- Dünya bazarlarında neftin 1 barrelinin qiyməti isə 67 dollardan çoxdur. "Reuters" agentliyinin məlumatına görə, ekspertlər yaxın vaxtlarda qiymətlərin 70 dollara çatacağını gözləyirlər.



- Azərbaycanın neft ehtiyatları bundan sonra 40 il istismar oluna bilər. Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun məlumatında belə deyilir.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 665, 1 avro 5 791, 1 rubl isə 164 manatdır.
XS
SM
MD
LG