Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43
Rubrikalar

1-ci sinifdən xarici dilin əks-sədası


Səs: Real audio
Eks-prezident Ayaz Mütəllibovun sənədlərinin isə bu həftənin sonunda 17 saylı Yasamal seçki dairəsinə təqdim olunması gözlənilir Bu "İz"



- Azərbaycan maarifçisi Mirzə Məhəmmədin sosial-mədəni portretini cızacaq;



- 1-ci sinifdən xarici dil öyrənmənin Azərbaycan cəmiyyətində yaratdığı əks-sədanın izinə düşəcək;



- «Difai» sözünün mənasını yada salacaq;



- «Mentalitet dolması»nı dadacaq;



- Və hər dəfə Mirzə Məhəmməd Axundzadənin nəvəsi, rejissor Nazim Rzanın açıqlamalarını dinləyəcəksiniz.



1-Cİ SİNİFDƏN XARİCİ DİLİN ƏKS-SƏDASI



Gələn ildən başlayaraq Azərbaycan məktəblərində xarici dil 1-ci sinifdən tədris olunacaq. Hansı dili seçmək məsələsi isə orta məktəb rəhbərlərinin öz öhdəsinə buraxılacaq.



Öz dilinə hələ yaxşı yiyələnməmiş 6 yaşlı uşaq xarici dili mənimsəyə biləcəkmi? 1-ci sinifdən xarici dil keçmək doğma dilin dərindən minimsənilməsini əngəlləmirki?



Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla: "Çox yaxşı yanaşıram. Hələ uşaq baxçalarından keçirilsə, lap yaxşı olar... Doğma dili məktəbdə öyrənmirlər, doğma dili doğma mühitdə öyrənirlər. Məktəbdə məhz xarici dil öyrənirlər".



Xarici Dillər Universitetinin dossenti Azad Məmmədov: "Mən sırf bu sahədə tədqiqatlar aparmamışam, amma deyə bilərəm ki, erkən 6-7 yaşlarından xarici dil məsləhət görülmür... Azı yəqin ki, 3-4-cü sinif. Heç olmasa, uşağın gərək 10 yaşı olsun ki, ikinci dili öyrənməyə başlasın".



Bakıdakı 20 saylı məktəbin ingilis dili müəlliməsi Aygün Vahabova: "Onsuz da başlayanda, biz əlifbadan başlayırıq. 1-ci və 2-ci rüb ingilis dilinin tədrisi oyun formasında, sözlərlə keçir ki, uşaq şifahi olaraq onları yadda saxlasın. İkinci yarımildən başlayaraq isə yavaş-yavaş hərflərə keçirik. Ona görə uşaq üçün asan olur... Mən qabaq ibtidai Tusi gimnaziyasında işləyirdim. Oraya uşaqları 4 yaşından gətirirdilər. 4 yaşından o uşaqlar ingilis dilini elə qavrayırdılar ki, öz dillərində də səlis danışırdılar, ingilis dilində də".



MİRZƏ MƏHƏMMƏD AXUNDZADƏ – UNUDULAN YUBİLEY



Avqustun 5-də görkəmli maarifçi, dramaturq, tərcüməçi, siyasətçi, həm də "Molla Nəsrəddinçi" Mirzə Məhəmməd Axundzadənin anadan olmasından 130 il ötdü.



Onun nəvəsi, kinorejissor Nazim Rza babası haqqında "Azadlıq" radiosuna danışdı:



"19 əsrin sonu 20-ci əsrin əvvəlləri Gəncədə böyük bir oyanış dövrü idi. Gəncənin tarixi belədir ki, Gəncə olduqca üsyankar bir şəhər olub. Heç vaxt xaricilərə baş əyməyib. Bunu çar Rusiyası çox yaxşı bilirdi. Ona görə çalışırdı ki, burada intelligensiya – ziyalıların sayını azaltsın. Bilirdi ki, intelligensiya orada camaata mənəvi qida verən bir zümrədir. Və çalşırdı ki, Gəncə əhalisini kiçik, xırda biznesə yönəltsin.



Bir müddfət bu, belə də oldu. Ancaq şəhər özündə güc tapdı və nəhayət, 19-cu əsrin sonlarına yaxın yeni zümrə meydana gəldi. Onlardan biri Mirzə Məhəmməd Axundzadə idi. O zaman həm mədəni, həm də ictimai-siyasi sahədə böyük nəticələr əldə olundu, xəyriyyə cəmiyyətləri yaradıldı...



Çar Rusiyası ümumiyyətlə, müsəlman ölkələrində təhsilə o qədər də fikir vermirdi. Yəni, mədrəsədən kənara çıxa bilmirdilər. Ona görə o zaman Gəncə ziyalıları çox əlləşdilər, Gəncədə klassik kişi gimnaziyası yaradıldı. Mirzə Məhəmməd Axundzadə də orada dərs deyirdi... Mirzə Məhəmməd məhz orada dərs deyə-deyə "Sərvi-Türk" adlı qrammatika kitabını yazıb. Bu kitab Tiflisdə çap olundu və çox tez yayıldı. Təsəvvür edin ki, indi o kitabı tapmaq demək olar ki, qeyri-mümkündür. Bəlkə də kimlərinsə evlərində saxla
XS
SM
MD
LG