Səs: Real audio
MSK sədrinin müavini Svetlana Qasımova: «Bu dairə Xankəndində doğulmuş və hazırda orda yaşayan seçicilərin tələbi liə yaradılıb» Avqustun 13-də axşam saatlarında Qusarda təbii fəlakət baş verib. Güclü leysan yağışından sonra rayonun Əniq, Yundanmorux, Ləzər, Cahar və digər dağ kəndlərini sel basıb.
İcra hakimiyyətindən aldığımız məlumata görə, sel suları Əniq kəndi ərazisində rayon mərkəzinə gedən yolu sıradan çıxarıb. Nəticədə yaşayış məntəqələri ilə Qusar şəhəri arasında əlaqə kəsilib. Güclü sel Bakı-Rostov yolunun 200 kilometrliyində də dağıntılar törədib. Əkin sahələrinə ciddi ziyan vurub. Bəzi yerlərdə torpaq sürüşməsi baş verib.
Avqustun 14-də saat 12 radələrində əldə etdiyimiz xəbərə əsasən, Qusar rayon İcra Hakimiyyətinin başçısı Zöhrab Pirimov və digər rəsmilər təbii fəlakət ərazisinə gediblər. Hadisə yerinə qonşu rayonlardan buldozer və traktorlar da gətirilib. Dəymiş ziyan barədə hələlik məlumat verilmir.