Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:44

Satirik qəzetin redaktor müavini saxlanılıb


Səs: Real audio
MSK sədrinin müavini Svetlana Qasımova: «Bu dairə Xankəndində doğulmuş və hazırda orda yaşayan seçicilərin tələbi liə yaradılıb» «Arı» ictimai-siyasi satirik qəzetinin redaktor müavini Faəddin Abbasov Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə məlumatı qəzetin redaktoru verib.



Məlumatda bildirilir ki, saxlanmanın səbəbləri aydın deyil. Və bu haqda redaksiyanın sorğularına obyektiv cavab verilmir.



Abşeron Polis İdarəsinin rəis müavini Təhmasib İbrahimov isə "Azadlıq" radiosuna açıqlamasında bildirib ki, Faəddin Abbasov sərxoş vəziyyətdə polis idarəsinə gəlib əməkdaşları təhqir etdiyi üçün saxlanıb. Onun törətdiyi bu hadisə haqda akt tərtib edilərək Abşeron rayon Məhkəməsinə göndərilib. Cənab İbrahimov bildirir ki, onlar da məhkəmənin hansı qərar verəcəyini gözləyirlər.
XS
SM
MD
LG