Səs: Real audio
Nazir adam oğurluğu ilə bağlı 70 nəfərin həbs olunduğun deyir «Əgər polisin müdaxiləsi olmasaydı, yəqin ki, indiyə qədər AXCP qarşısında keçirilən aksiyalarda xoşagəlməz hadisələr baş verərdi».
Bunu Daxili İşlər naziri Ramil Usubov avqustun 12-də mətbuat nümayəndələri ilə söhbətində dedi. O, Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan keçirilən belə piketlərin qarşısının alınacağını da söylədi.
Nazir adam oğurluğu ilə bağlı açılan cinayət işlərinin istintaqının uğurla aparıldığını da deyir: «İndiyə qədər bu məsələ ilə bağlı 70 nəfər həbs olunub. Axtarışda olanların tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir».
O, bu günlərdə Daxili İşlər Nazirliyində Miqrasiyaya qarşı Mübarizə İdarəsinin yaradıldığını da diqqətə çatdırdı.