Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:05

Sumqayıtda prezidenti çoxsaylı şikayətçilər qarşıladı<p align=`left`><br><br>


Səs: Real audio
Dövlət başçısı xalqın yenə dağıdıcı qüvvələrə «yox» deyəcəyini bildirir Avqustun 12-də prezident İlham Əliyev regionların inkişaf proqramı çərçivəsində görülən işləri yerində yoxlamaq məqsədilə Sumqayıt şəhərində oldu. Heydər Əliyevə qoyulmuş abidənin açılışında iştirak edən dövlət başçısına sakinlər çoxsaylı şikayət məktubları verdilər. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların qarşısını almaq istəsə də, şikayətçilərin sayının çoxluğu buna çətinlik yaratdı.



İ.Əliyev bütün məktubların araşdırılacağını bildirdi.



Dövlət başçısı parlament seçkisinin azad və ədalətli keçirilməsi üçün lazım olan bütün tədbirlərin həyata keçirildiyini dedi. O, əmin olduğunu bildirdi ki, 2003-cü il prezident seçkisində olduğu kimi xalq yenə də dağıdıcı qüvvələrə «yox» deyəcək.



Ancaq İ.Əliyevlə görüşə gələnlərdən bəziləri Sumqayıtda seçkinin saxtalaşdırılmasına zəmin yaradan addımlar atıldığını bildirdilər. Bu məsələ ilə bağlı narazılıq edənlər bir sıra namizədlərin qeydə alınmasına şəhər İcra Hakimiyyətinin əngəllər törətdiyini bildirdilər.



İ.Əliyev Sumqayıtda klinika, əlillər üçün yeni tikilmiş yaşayış binası, elektrik stansiyası və digər obyektlərin açılışında da iştirak etdi.
XS
SM
MD
LG