Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 17:26

ABŞ səfirliyi son hadisələrlə bağlı bəyanat verdi


Səs: Real audio
«Ciddi ittihamlar mətbuatda deyil, məhkəmələrdə qaldırılmalıdır» «Biz gözləyirik ki, Azərbaycan hökuməti Baş Prokurorluğun «Yeni Fikir» təşkilatının rəhbərinə qarşı etdiyi son ittihamlarla bağlı ədalətli və qərəzsiz təhqiqat aparacaqdır».



ABŞ-ın Azərbaycandakı səfirliyinin avqustun 10-da yaydığı bəyanatda belə deyilir.



Sənəddə bildirilir ki, «ciddi ittihamlar mətbuatda deyil, məhkəmələrdə qaldırılmalıdır».



Bəyanatda daha sonra yazılır: «Biz həmçinin gözləyirik ki, Azərbaycan hökuməti ölkənin seçki qanunları və prezidentin 11 may sərəncamına müvafiq olaraq noyabrda ədalətli və şəffaf seçki keçirəcəkdir. Bura ayrı-ayrı partiyalar və fərdlərə qarşı qanunsuz hücümların pislənməsi və bütün siyasi partiyalara öz seçki kampaniyasını təqibsiz və əsası olmayan ittihamlarsız keçirməsi üçün icazə verilməsi də daxildir».
XS
SM
MD
LG