Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:16
Rubrikalar

Bakıda otüstü xokkey üzrə turnirə start verilib


Səs: Real audio
«Mənim məqsədim budur ki, Azərbaycan xalqı daha yaxşı yaşasın» - Avqustun 10-da Bakıda otüstü xokkey üzrə turnirin startı verilib. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı İranın üç komandası da mübarizə aparacaq.



- Avqustun 13-15-də Polşada güləş üzrə növbəti beynəlxalq turnir keçiriləcək. Yarışda Azərbaycan yığma komandası 5 nəfərlə təmsil olunacaq. Namiq Abdullayev 55 kq, Arif Abdullayev, İbad Məmmədzadə, Abil İbrahimov 60 kq və Elmar Əsgərov 66 kq çəki dərəcələrində mübarizə aparacaq.



- Konfuçular isə avqustun 10-dan təlim-məşq toplantılarına başlayıblar. 6 idmançı sentyabrda Türkiyədə keçiriləcək Dünya kuboku uğrunda turnirdə çıxış edəcək. Konfu Federasiyasının prezidenti Barat İsrafilov:



«18 nəfərlə iştirak edəcəyik. 35 ölkədən 600-yə yaxın idmançı olacaq. Komandanın tərkibində 6 dünya çempionu və iki dünya çempionatı iştirakçısı var. Ümidlərimiz böyükdür. Komanda hesabında birinci olmağı düşünürük».



- Avqustun 12-də futbol üzrə Azərbaycan çempionatının startı veriləcək. Həmin gün 7 matçdan 4-ü baş tutacaq. «Gəncə» «İnter»i, «Olimpik» «Xəzər-Lənkəran»ı, «Turan» «Qarabağ»ı, «Bakı» isə «Karvan» klubunu qəbul edəcək.
XS
SM
MD
LG