Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:22
Rubrikalar

"Rusiyada işləyən azərbaycanlıların seçkilərə marağı artıb"


Səs: Real audio
Vahid namizədlərini müəyyənləşdirmək üçün Bu dəfə Bakı büromuzun qonaqları xaricdə işləyən Azərbaycan vətəndaşlarıdır. Onlardan biri, Azad Rüstəmov Rusiyada, Tofiq Mirzəzadə isə Türkiyədə işləyir. Hər ikisi ali təhsillidir, bir neçə ildir ki, mütəmadi olaraq xaricə gedib gəlirlər.



Azad Rüstəmov: "Prezident seçkisindən qabaq da mən Rusiyada idim. O zaman Rusiyada hamı sadəcə pul qazanmaqla məşğul idi, onları Azərbaycanda siyasət maraqlandırmırdı.



Bir neçə gün qabaq mən yenə Rusiyadaydım, orada insanların hamısı demək olar ki, artıq siyasətlə məşğul olur, Azərbaycandakı siyasi vaziyyətlə maraqlanırlar. Yəni, mən gördüm ki, insanlar Azərbaycana qayıtmaq istəyirlər.



Orada azərbaycanlıları həddən artıq çox incidirlər. İndiki vaxtda hər bir milləti incidirlər, tək azərbaycanlıları yox. Amma azərbaycanlıları daha çox incidirlər. Orada pul qazanmaq üçün şərait var, amma qazanılan pul əldə qalmır".



Azad Rüstəmovun sözlərinə görə, Rusiya ilə Azərbaycanda keçirilən seçkilər arasında böyük fərq var: "Birincisi, Rusiyada əhali daha gözüaçıq və daha aktivdir. Azərbaycanda seçkilər heç kəsi, adi siyasətlə maraqlanmayan insanları da qane etmir... Bu ilki seçkilərdən heç nə gözləmirəm".



Digər həmsöhbətimiz Tofiq Mirzəzadə də qarşıdakı seçkilərdən az şey gözləyir: "Çünki, son hadisələr bizdə normal siyasi rəqabətin olmamasından xəbər verir. Yəni, insanlar bir-birini ancaq casusluqda ittiham etməklə, şərlər atmaqla məşğuldurlar... Bir televiziya kanalı bir siyasi partiyanı gecə-gündüz dəstəkləyir, ancaq digər siyasi partiyaların informasiya vasitələri, televiziya kanalları çox az olduğundan, onların proqramlarını, platformalarını dinləyə bilmirik. Normal siyasi rəqabətin olmaması gələcək seçkilərə indidən çox böyük şübhlə yaradır".



Tofiq Mirzəzadə deyir ki, "Türkiyə və Azərbaycandakı seçkiləri müqayisə etsək, çox böyük fərq var. Çünki, Türkiyənin bir neçə illik seçki təcrübəsi var. Amma bizdə seçkilərin necə keçiriləcəyindən heç birimizin xəbəri yoxdur. Sadəcə bu, bir bayram kimi keçirilir, heysanlar verilir və s.



Amma Türkiyə bura qədər uzun bir yol gəldi, uzun bir seçki təcrübəsindən keçdi. Və hər bir vətəndaş başa düşdü ki, xalqın müqəddaratını təyin etmək hər bir şəxsin öz əlindədir. Bizim seçicilər bunu hələ tam başa düşməyiblər. Həm siyasi fəallıq azdır, həm də siyasi partiyalara imkan vermirlər ki, xalqla aktiv işləsinlər".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG