Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

«Yeni Fikir»in koordinatoru ifadə verdi


Səs: Real audio
Səid Nuriyev: «Təşkilatın hardan maliyyələşməsi ilə də maraqlandılar» Avqustun 10-da «Yeni Fikir» Gənclər Təşkilatının beynəlxalq əlaqələr üzrə koordinatoru Səid Nuriyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verib.



Səid Nuriyev: «Əsas suallar Ruslan Bəşirlinin Gürcüstana və mənim Polşaya səfərimlə bağlı idi. Həmçinin təşkilatın hardan maliyyələşməsi ilə də maraqlandılar. Bildirdim ki, «Yeni Fikir» müstəqildir, heç kim bizi təlimatlandırmır. Polşa səfərim isə vətəndaş cəmiyyəti quruculuğuna həsr olunmuş seminarda iştirak məqsədi daşıyıb».



Avqustun 9-da «Yeni Fikir» in iki üzvü – Namiq Feyziyev və Əhməd Şahidov da Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verib. Qurumun daha bir neçə üzvünə də çağırış göndərilib.



Baş prokuror Zakir Qaralov Lider TV-yə bildirib ki, Ruslan Bəşirlinin evində axtarış aparılarkən oradan «Yeni Fikir» üzvlərinin adları olan 40 nəfərin siyahısı tapılıb: «Onların istintaqda dindiriləcəyi istisna olunmur».



Avqustun 3-də həbs olunan «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə dövlətin konstitusion quruluşunu dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur.
XS
SM
MD
LG