Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Tarixin bir parçası olan Qala qala kimi mühafizə olunmur


Səs: Real audio
Dövlət hesabına qəbul yerlərinin üç fazi boş qalıb Tarixi abidələr Qala kəndinin hər tərəfinə səpələnib. 1624-cü ildə inşa olunan türbə, 18-ci əsrdən qalmış sərdabələr, ovdanlar, məscidlər, köhnə məhəllələrin qalıqları əsl canlı muzeydir. Mən bu muzeyin necə qorunmasıyla maraqlanıb Qalaya yollandım.



Mədəniyyət Nazirliyinin qoruq elan etdiyi Qalaya Bakıdan birbaşa nəqliyyat işləmir. Ona görə Türkan kəndinə gedən 101 saylı avtobusun sürücüsündən xahiş etməlisən ki, yol kənarında saxlasın. Təxminən 200 metr piyada gedəndən sonra Qalaya daxil olursan. Bu kəndin camaatı hər gün bu əziyyəti çəkir. Yaşı 70-i haqlamış Dadaş kişi kimi: «İşə gedənlər hər gün bu yolda nə qədər gözləməlidirlər. Şəhərə gedənlər çox əziyyət çəkir. Günəşin altında, qışın soyuğunda».



Az sonra qarşıma Müşfiq çıxır. 15 yaşlı bu oğlan qoyunlarını və keçilərini otlaqdan gətirirdi.



Müşfiq deyir ki, kənd camaatının dolanışığı mal-qarayladır. Az adam olar ki, qoyun-quzu saxlamasın. Müşfiqə babası danışırmış ki, Qalada olan qoyunlar heç yerdə yoxmuş. Çəkisi ağır, yunu çox olurmuş: «Görürsüz, necə fərqlidirlər, biri qırmızıdır, biri qara, qiymətinə görə də başqa qoyunlardan 50 min manat bahadır».



Müşfiq qoyunları bir yerə toplayıb qədim evin həyətinə daxil olur. Qala kəndinin 3000 əhalisindən 1600 nəfəri qoruq ərazisi sayılan köhnə evlərdə yaşayır. Bu evlərin çoxu kənddəki 200-dən artıq arxeoloji-memarlıq abidələrinin siyahısına daxildir:



«Qalalıların həyəti belə olur, tağ evlərdir. Görürsüz, əsl tarixdir. Qab-qaşığı, mis qabları, kasa, piyalələri isə bu rəflərə düzürdülər».



Kəndin tarixi ərazisi isə indiki qəbirstanlıqdan başlayır. Vaxtilə bura da yaşayış məskəniymiş. Tarixdən gələn izlər də bunu deyir.



"Qala" tarix-etnoqrafiya qoruğunun direktoru Fikrət Abdullayev burdakı qədim tikililəri tanıdır:



«Kəndin ən qədim hissəsi buradır. 150 il samanlıq kimi istifadə ediblər. Ondan əvvəl isə yaşayış məskənləri olub. Bu tikililəri görürsüz, quru ot, saman saxlayıblar. Bu böyüklükdə heç ev olmayıb. Tikinti texnikası da maraqlıdır, daşı daş saxlayıb, arasına gil vurulmayıb. İndiyə qədər də yaxşı qalıb».



Qala kəndinin dar küçələri İçərişəhəri xatırladır. Abşeron abidələrinin tədqiqatçısı, tarixçi İdris Əliyev kiçik kəndlə İçərişəhərin eyni baxımsızlıq taleyini yaşadığını, Qalanın inkişaf etdirilməsinə ehtiyac olduğunu deyir:



«Qalanın qərbində tunc dövrünə aid yaşayış məskəni aşkar etmişik. Burda 3-cü minilliyə aid kurqanlar var. Yeratlı yollar, ovdanlar, yaşayış məskənləri çoxdur. 90-cı illərdən sonra Mədəniyyət Nazirliyi buranı qoruq elan etdi. Abşeronda orta əsr ənənələrini yaşadan yeganə kənddir. Əgər qoruyub saxlaya bilsək, gələcək nəsillər də təşəkkür edəcək. Ancaq qanunlara əməl olunmur, qoruq istənilən səviyyədə qorunmur».



Qala qoruğunun direktoru Fikrət Abdullayev isə qoruğun qorunmasıyla bağlı ciddi problemlə üzləşmədiklərini deyir:



«Qoruğun ərazisi 159 hektardır. Burda əhali yaşayır, ərazi deyil. Bərpa işləri ancaq Mədəniyyət Nazirliyinin təlimatına uyğun aparılır. İndi hasar tikəndə icazə alınmır. İki-üç mərtəbə ev tikmək üçün icazə lazımdır, burda hələ ki, qanunsuz olaraq belə tikintilərə yol verilməyib».



Qalanın kiçik sakinləri də burdakı abidələri gələnlərə həvəslə göstərir, öz bildiklərinə uyğun izah etməyə çalışırlar:



«Köhnə hamamdır, yeraltı. Böyuklər danışır ki, əvvəllər buralarda evlər olub, sonradan su basıb. Kəndimiz çox maraqlıdır».



Tarixçi İdris Əliyev Qalada turizmin inkişafı üçün imkanlar olduğunu deyir:



«Turizm üçün unikal komple
XS
SM
MD
LG