Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:51

Fotoreportyor olmaq istəyən gənclərin nəzərinə!


Səs: Real audio
Dövlət hesabına qəbul yerlərinin üç fazi boş qalıb Fotoreportyor peşəsinin sirrlərini öyrənmək istəyən gənclər “Gənc Fotoreportyor” mövzusunda keçiriləcək təlim kurslarına yazıla bilərlər. Bu kursları Gənc Reportyorlar Birliyi Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə təşkil edir.



Birliyin işçisi Ceyhun Abdullayevin sözlərinə görə, kursları təşkil etməkdə əsas məqsəd fotoreportyorluğa həvəsi olan gənclərə bu sahədə biliklərin öyrədilməsi və onların peşəkar kimi yetişmələrinə çalışmaqdır: "Məqsədimiz Azərbaycan mətbuatı üçün gənc fotoreportyorlar yetişdirməkdir".



Ceyhun Abdullayev deyir ki, 3 mərhələdən ibarət kursları peşəkar fotoreportyorlar aparacaqlar. İştirakçılar həm nəzəri biliklər alacaq, həm də praktik fəaliyyət göstərəcəklər. Sonda isə ən yaxşı göstəriciyə malik 5 nəfər seçiləcək və onların çəkdikləri fotolar İnternetdə yerləşdiriləcək:



"Hər biri 2 gün olmaqla 3 treninq nəzərdə tutulub. Treninqin sonunda 5 nəfər seçiləcək və yekun olaraq onlar qaçqın şəhərciyində fotoçəkiliş aparacaqlar. Çəkilmiş fotolar sərgi formasında İnternetdə yerləşdiriləcək".



Ceyhun Abdullayev yaxşı nəticə göstərəcək 5 nəfərin "Azərfoto" informasiya agentliyində işlə də təmin olacağını deyir:



"Bizim əsas məqsədlərimizdən biri də "Azərfoto" agentliyində 5 nəfər fotoreportyorun daimi işləməsi üçün şərait yaratmaqdır".



Təlim kurslarında iştirak etmək istəyənlər avqustun 15-dək Gənc Reportyorlar Birliyinə ərizə ilə müraciət etməlidirlər. Ərizə formasını www.azerphoto.com saytının “vakansiya” bölməsindən əldə etmək olar.
XS
SM
MD
LG