Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

«Gürcüstanın "sakartvelo.info" saytı Ruslan Bəşirlinin görüşdüyü şəxslərin milliyətcə gürcü olduğunu bildirir»


Səs: Real audio
Niko Nikolaşvili və Amiran Kaladze Padol Kixradze adlı Gürcüstan vətəndaşının qətlində təqsirləndirilir «Bakı - Xəbər» qəzetindəki «Hakimiyyət Rəsul Quliyevin namizədliyinə süni maneələr yaradır» başlıqlı məqalədə Elşad Məmmədov yazır ki, Mərkəzi Seçki Komissiyasından diplomatik pasportun qeydiyyata alınmaq üçün kifayət etdiyi bildirilsə də, Dairə Seçki Komissiyası (DSK) bunun əksini iddia edir. DSK-dan bildirilir ki, qeydiyyata alınmaq üçün namizədin şəxsiyyət vəsiqəsi olmalıdır. Hər hansı digər sənədlə namizədliyin irəli sürülməsi isə rədd edilir. Məqalədə yazılır ki, eks-spikerin namizədliyini qeydə almaq istəməyən DSK hökumətdəki dairələrdən tapşırıq alıb və bunun əksinə getməyə sadəcə olaraq qorxur. Müəllif yazır ki, bu gedişlə nə demokratiyanı bərpa etmək, nə də ədalətli seçki keçirmək mümkün olmayacaq.



«Azadlıq» qəzetindəki «Gürcüstandan təkzib gəldi. Ruslan Bəşirli ermənilərlə yox, gürcülərlə görüşüb» başlıqlı məqalədə bildirilir ki, Gürcüstan prezidenti Mixail Saakaşvili «Yeni Fikir»in rəhbəri ilə bağlı ölkə ərazisində baş verənlərdən çox narazı qalıb. Qəzet Gürcüstanın hökumət dairələrindəki mənbəyə istinadən yazır ki, cənab Saakaşvili İlham Əliyevdən baş verənlərlə bağlı hesabat tələb edib. Məlumatda bildirilir ki, Azərbaycan xüsusi xidmət orqanlarının Gürcüstan rəhbərliyinin xəbəri olmadan bu ölkədə əməliyyat keçirməsi narazılığa səbəb olan başlıca məsələdir. Müəllif yazır ki, Gürcüstanın "Sakartvelo.info" internet saytının yaydığı xəbərdə xüsusi olaraq vurğulanır ki, Ruslan Bəşirlinin Tbilisidə görüşdüyü şəxslərin hər ikisi Gürcüstan vətəndaşı və milliyətcə gürcüdürlər.
XS
SM
MD
LG