Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Ruslan Bəşirli qalmaqalı - iqtidar və müxalifətə 3 sual


Səs: Real audio
Niko Nikolaşvili və Amiran Kaladze Padol Kixradze adlı Gürcüstan vətəndaşının qətlində təqsirləndirilir Ruslan Bəşirli qalmaqalı davam edir. Artıq Bakının ən gur yerində - Nizami küçəsində iki monitor qoyublar, gizli kamera ilə çəkilən kasseti göstərirlər.



Hakimiyyət deyir ki, müxalifətin xaricdən, hətta ermənilərdən maliyyələşdiyi sübut olundu. Müxalifət isə bildirir ki, bütün bunlar hakimiyyətin qurduğu oyundur, məqsəd də Əli Kərimlini vurmaqdır.



Bu mübahisəyə aydınlıq gətirmək üçün hər iki tərəfə 3 sual vermək qərarına gəldik.



HAKİMİYYƏTƏ SUALLAR:



1. Videokassetdə göstərilən adamların rəsmi Bakıya işləmədiyini və bu kasseti elə Azərbaycanın öz təhlükəsizlik xidmətlərinin hazırlamadığını sübut edən hansı dəlillər var?



Yeni Azərbaycan partiyası icra katibinin müavini Bahar Muradova deyir ki, əgər prokurorluqda sübut və dəlillər olmasaydı, bu videokasset ictimaiyyətə təqdim edilməzdi:



"Mən yalan və şantajı özünə məqsəd seçən müxalifətə yox, dövlətçiliyi və qanunları müdafiə edən prokurorluğa inanıram".



Bahar Muradova deyir ki, bu məsələnin aydınlaşdırılmasının zamana ehtiyacı var.



Prokurorluq isə bu məsələylə bağlı ictimaiyyətə hələ ki, hər hansı sübut və dəlil təqdim etməyib. Bu məsələyə aydınlıq gətirmək üçün prokurorluğa müraciət etdik. Ancaq günün sonuna qədər hər hansı bir cavab verilmədi.



2. Heç bir siyasi məqsəd yox idisə, prokurorluq istintaq materialı olan videolenti "Lider" televiziyasına və AzTV-yə niyə verdi?



Prezident Aparatı ictimai-siyasi şöbənin müdir müavini Nazim İsayev hesab edir ki, prokurorluğun istintaq materalı olan videolenti «Lider» televiziyası və AzTV-yə verməsi məqsədsiz deyil.



Ancaq onun sözlərinə görə, prokurorluğun bununla məqsədi heç də seçki ərəfəsində müxalifəti vurub sıradan çıxarmaq olmayıb. Nazim İsayev deyir ki, son vaxtlar bəzi müxalifət qüvvələrində nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək və bu yolda ermənilərlə əməkdaşlıqdan belə çəkinməmək bir fəlsəfəyə çevrilib. Həmin videolenti mavi ekranlarda nümayiş etdirməklə bu fəlsəfənin puçluğunu xalqa göstərmək məqsədi güdülüb.



Nazim İsayev deyir ki, üstəlik, həmin videolent televiziyalarla nümayiş edilməsəydi, müxalifət Ruslan Bəşirlini müdafiə etmək adı altında xalqı çaşdıra bilərdi:



"Hələ bu faktlar ortalığa qoyulandan sonra müxalifət min bir bəhanə uydurur. Əgər bu faktlar açıqlanmazdısa, onlar xalqa daha neçə-neçə yalanlar söyləyərdilər. Bu videolent xalqa ona görə çatdırılır ki, xalq həqiqətləri daha yaxşı dərk etsin".



3. Ruslan Bəşirli erməni tərəfə işləyəcəkdisə, niyə erməni kəşfiyyatı lenti Azərbaycana ötürdü ki, Ruslan Bəşirli ifşa olunsun?



Prezident Aparatı ictimai-siyasi şöbənin müdir müavini Nazim İsayev deyir ki, Ermənistan kəşfiyyatının lenti Azərbaycana ötürməsi də səbəbsiz deyil. Onun sözlərinə görə, Ermənistan kəşfiyyatı bununla Ruslan Bəşirlini şantaj etmək məqsədi güdüb ki, sonradan o, əməkdaşlıqdan imtina edə bilməsin:



"Çünki sonradan kimsə Ruslan Bəşirliyə məsələhət görərdi ki, Ermənistan kəşfiyyatı ilə əməkdaşlıqdan imtina etsin. Ya da o, özü bu qərara gələ bilərdi. Sadəcə, Ermənistan kəşfiyyatı qabaqlayıcı tədbir görüb".



Nazim İsayev hesab edir ki, bütün bu məsələlərin aydınlaşdırılması və Ruslan Bəşirlinin ifşa edilməsi hakimiyyətdən daha çox xalqa lazım idi.



MÜXALİFƏTƏ SUALLAR:



1. Əgər Əli Kərimli bu qalmaqalı özünə və AXCP-yə qarşı qəsd hesab edirdisə, niyə ilk gündən bu qalmaqaldan yaxasını kənara çəkmədi, əksinə, AXCP dərhal Ruslan
XS
SM
MD
LG