Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:09

Elmar Hüseynovun qətlində şübhəlilərin saxlanması xəbəri təsdiqlənmir


Səs: Real audio
Niko Nikolaşvili və Amiran Kaladze Padol Kixradze adlı Gürcüstan vətəndaşının qətlində təqsirləndirilir Yerli mediada yayılan məlumatlara görə, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyev Avstriyanın paytaxtı Vyanada həbs ediliblər. Bildirilir ki, Avstriyanın hüquq-mühafizə orqanları həbs olunanların adlarını açıqlamır. Bununla belə həmin şəxslərin sifarişli qətllər üzrə ixtisaslaşmış Gürcüstan vətəndaşları olduğu vurğulanır.



Məlumatla bağlı «Azadlıq» radiosunun əməkdaşı Gürcüstan Prokurorluğunun Mətbuat Xidmətinə müraciət edib. Oradan bildiriblər ki, həqiqətən də Avstriyada ölkənin iki vətəndaşı saxlanılıb. Niko Nikolaşvili və Amiran Kaladze adlı bu şəxslər 2002-cü ildən Padol Kixradze adlı Gürcüstan vətəndaşının qətli ilə bağlı axtarışda olublar. Mətbuat Xidmətindən onu da bildiriblər ki, həmin şəxslərin ekstradisiyası ilə bağlı işlər aparılır: «Artıq lazımi sənədlər Avstriyanın müvafiq orqanlarına göndərilib. Lakin ekstradisiyanın nə vaxt həyata keçiriləcəyi müəyyənləşdirilməyib».
XS
SM
MD
LG