Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:44
Rubrikalar

Xam neftin qiyməti 64 dollara çatdı


Səs: Real audio
İsmayıl Ömərov seçkidən sonra kanalın əsasən əyləncəli verilişlərə üstünlük verəcəyini bildirir - Kənd Təsərrüfatı Nazirliyi 2006-2015-ci illərdə yoxsulluğun aradan qaldırılması üçün təklifləri Nazirlər Kabinetinə göndərib.



"Turan" agentliyinin məlumatına görə, nazirlik bitkiçilik, heyvandarlıq sahələrinə sərf olunacaq maliyyə vəsaitini hesablayır. Nazirlik kənd təsərrüfatı məhsullarının emalı üçün banklardan kreditlərin ayrılmasını mümkün sayır. Vacib sahələrdən biri kimi də şərabçılıq və üzümçülük göstərilir. Nazirliyin məlumatına görə, son il yarımda üzümlüklərin sahəsi 2 min hektar artıb.



- Xam neftin qiyməti 64 dollara çatdı. "Associated Press" agentliyinin verdiyi məlumata görə, neftin belə bahalaşması əsas ixracatçı ölkələrdəki problemlərlə bağlıdır. Espertlərə görə, qiymətlər o vaxt enəcək ki, ya tələbat azalsın, ya da dünyada davam edən iqtisadi artım tempi aşağı düşsün.



"Financial Times" qəzeti isə 1 barrel xam neftin 65 dollara da çatacağını istisna etmir.



- "AzərTAc" agentliyinin məlumatına görə, "Ata Holdinq" şirkəti Şimali Kiprin turizm bölgəsində beşulduzlu mehmanxana tikməyi və "Atabank"ın iştirakı ilə müştərək bank təsis etməyi planlaşdırır.



Şamaxıda televizor və məişət texnikası istehsal edən "Star" şirkəti ilə Şəmkirdə kənd təsərrüfatı texnikası buraxan "Atasənaye" isə məhsullarını Şimali Kiprə ixrac etmək haqda düşünür.



Kiprin [Cənubi Kipr] Xarici İşlər Nazirliyi bir müddət əvvəl bəyan etmişdi ki, tanınmamış Şimali Kiprlə əlaqələr davam edərsə, Avropa İttifaqının Azərbaycana qarşı addımlar atmasına çalışacaq.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 669, 1 avro 5773, 1 rubl isə 164 manatdır.
XS
SM
MD
LG