Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40
Rubrikalar

Azərbaycan şahmatçıları 8-11-ci oldular


Səs: Real audio
Cəlil Bəsirli ailəsinə olan hədələrlə bağlı Baş prokurora və xarici ölkə səfirliklərinə müraciət edəcəyini bildirir - Estoniyanın paytaxtı Tallində gənclər arasında boks üzrə Avropa birinciliyi sona çatıb. Azərbaycan boksçularından Samir Məmmədov (51kq) bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu adını qazanıb.



Natiq Alışov (64 kq) gümüş medal qazanıb. Elşən İsmayılov (54 kq), Namiq Hüseynov (57 kq), Natiq Cəbrayılov (60 kq) və Elçin Əlizadə (86 kq) isə çempiotın bürünc medallarına sahib olublar.



Avropa çempionu Samir Məmmədov yarışların ən texnikalı oyunçusu adına layiq görülüb.



Ümumi komanda hesabında Azərbaycan komandası ikinci yeri tutub.



- Avropa Həndbol Federasiyasının təyinatına uyğun olaraq, kişi həndbol komandaları arasında «Kuboklar kuboku» turnirinin püşkü atılıb. Yarışlarda Azərbaycanı «Dinamo» klubu təmsil edəcək.



Sentyabırn 3-də keçiriləcək ilk qarşılaşmada Bakı «Dinamo»sunun rəqibi Tallinin «Kehra» komandası olacaq.



Qadın komandaları arasında «Çağırış kuboku» turnirinin püşkü isə oktyabrın 11-də atılacaq. Yarışda Azərbaycanı "ABU" komandası təmsil edəcək.



- İsveçdə şahmat üzrə Avropa birinciliyi sona çatıb. Azərbaycan yığması 40 komanda arasında 8-11-ci yerləri tutub. Baş məşqçi Fikrət Sideifzadə komandanın çıxışını qənaətbəxş sayır:



«Turnirin gedişində çox irəlidə də ola bilərdilər. Bizdən irəlidə olan komandalardan Yunanıstan və Ukraynaya qalib gəlmişdik. Daha yaxşı nəticə göstərə bilərdik. Bütövlükdə yaxşı nəticədir, çünki, Avropa çempionatında ilk dəfədir bu cür irəlilədik».



- Polşanın Vrotslav şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Avropa birinciliyi başa çatıb. Azərbaycanın sərbəst güləşçilərindən üçü turnirin bürünc medallarını qazanıblar.
XS
SM
MD
LG