Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:56

AXCP-nin bağlanması mümkündürmü?


Səs: Real audio
Cəlil Bəsirli ailəsinə olan hədələrlə bağlı Baş prokurora və xarici ölkə səfirliklərinə müraciət edəcəyini bildirir Qanunvericiliyə görə, siyasi partiyaların qeydiyyatı məsələsinə Ədliyyə Nazirliyi baxır. Partiyada siyasi varisin qeyri-müəyyənliyi, nizamnamə pozuntusu, ölkə quruluşuna qarşı çıxma, dövlət çevrilişinə cəhd, qanunsuz fəaliyyət göstərmə halları varsa, qeydiyyat məsələsinə yenidən baxıla bilər.



AXCP-nin bağlanması məsələsi ötən cümə hakim YAP-da keçirilən iclasda qaldırılıb. Millət vəkili Ziyafət Əsgərov deyib ki, AXCP qapanmalıdır və bu məsələyə hüquqi qiymət verilməlidir. YAP Gənclər Təşkilatının və Qadınlar Şurasının toplantılarında da oxşar tələblər səslənib.



İqtidaryönlü Ana Vətən partiyasından millət vəkili Zahid Oruc deyir ki, telekanallarda yayılan videolentdə Ruslan Bəşirlinin dedikləri, onun müxalifətin qurduğu planlar barədə danışdıqlarının AXCP ilə bağlılığı sübut olunsa, bu partiyanın qeydiyyatı məsələsinə baxıla bilər. Ancaq Zahid Orucun şəxsi fikri belədir ki, istənilən halda seçki dövründə ən yaxşı mühakimə ictimaiyyətin qınağıdır.



AXCP sədrinin müavini Fuad Mustafayevsə partiyanın bağlanması barədə deyilənləri absurd adlandırır. O, əvvəla, Ruslan Bəşirliyə qarşı ittihamların əsassız olduğunu deyir. İkincisi, Fuad Mustafayevin dediyinə görə, "Yeni Fikir" Gənclər Təşkilatının AXCP-yə struktur baxımından bağlılığı yoxdur. Bu təşkilat digər gənclər qurumları kimi müstəqil təşkilatdır.



Fuad Mustafayevin fikrincə, Ruslan Bəşirli məsələsi ictimaiyyətin diqqətini seçkidən, onun demokratikliyindən yayındırmaq məqsədi güdür. O deyir ki, siyasi partiyanın bağlanması üçün ciddi hüquqi əsaslar, məhkəmənin qərarı olmalıdır.



Rəsmi qəzetlər, bir neçə televiziya kanalında da AXCP-nin bağlanması tələbi ilə keçirilən etiraz aksiyalarından bəhs olunur.
XS
SM
MD
LG