Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Asudə vaxtını səmərəli təşkil etmək istəyirsənsə...


Səs: Real audio
Onların arasında millət vəkili Nizami Quliyev də var Asudə vaxtlarını səmərəli təşkil etmək istəyən gənclər Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatına üzv ola bilərlər. Bu təşkilatın əsas məqsədi tələbə və gənclərin elm, təhsil, intellektual sahədə biliklərinin artırılmasıma kömək etmək, onların sosial, iqtisadi, hüquqi maraqlarını qorumaq və beynəlxalq tələbə-gənclər mübadiləsini aparmaqdır.



Təşkilatın rəhbəri Asif Əsgərovun sözlərinə görə, təşkilat həm də üzvlərinin müxtəlif istiqamətlərdə təşkil olunan seminarlarda, təlimlərdə, konfranslarda iştirakını, kompüter və xarici dil kurslarında təhsil almalarını təmin edir. Gənclər həmçinin təşkilatın kompüter sistemindən və kitabxanasından da istifadə edə bilərlər.



"Təşkilatımıza üzv olan hər bir gənc təşkilatın müxtəlif istiqamətlərdə həyata keçirdiyi təlimlərdə, seminarlarda, konfranslarda iştirak etmək hüququ əldə edir. Eyni zamanda onlar öz bilik və dünyagörüşünü artırmaq üçün təşkilatın imkanları və resurslarından istifadə edə bilərlər".



Asif Əsgərov deyir ki, təşkilata üzv yazılmaq üçün sadəcə bir ərizə forması doldurmaq lazımdır.



"16 yaşından 35 yaşınadək hər bir gənc qanunvericiliyə uyğun olaraq təşkilata üzv yazıla bilər. Bunun üçün hər bir gənc təşkilatın idarə heyətinin adına ərizə yazmalıdır".



Təşkilatın bütün xidmətləri pulsuzdur.



"Seminarlar, təlimlər, kurslar, xarici səfərlər – bütün bunlar təşkilat üzvləri üçün təmənnasızdır".



Təşkilatla əlaqə telefonu: 447 06 80
XS
SM
MD
LG