Səs: Real audio
Mübariz Qurbanlı: «Biz ermənilərlə işbirliyinə getmiş bir partiyanın üzvləri ilə eyin masa arxasında otura bilmərik» Yeni Azərbaycan Partiyası (YAP) avqustun 10-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilməli olan iqtidar-müxalifət partiyalarının görüşünə qatılmayacaq.
Bunu hakim partiyanın İcra Katibinin müavini Mübariz Qurbanlı deyir. Onun sözlərinə görə, buna səbəb görüşdə AXCP-nin iştirak etməsidir: «Biz ermənilərlə işbirliyinə getmiş bir partiyanın üzvləri ilə eyin masa arxasında otura bilmərik. Ümidvarıq ki, digər partiyalar bizi başa düşəcəklər».
AXCP-nin sədr müavinin Fuad Mustafayev isə deyir ki, bu, YAP-ın danışıqları pozmaq cəhdidir. «Onlar buna qədər də eyni cür hərəkət etmişdilər».
VHP-nin sədri Sabir Rüstəmxanlı isə hesab edir ki, bu məsələ müzakirə edilməlidir.
İqtidar-müxalifət partiyalarının ilk görüşü bu il mayın 4-də YAP-da, ikinci görüş AXCP-də keçirilib. Üçüncü görüş Müsavat Partiyasında keçirilməli olsa da, hakim partiya iyulun 29-da təşəbbüslə çıxış edərək partiyaları öz qərargahına dəvət edib. AXCP, ADP və Müsavat partiyaları həmin görüşə qatılmayıblar. Həmin vaxt dördüncü görüşün VHP-də keçirilməsi qərara alınıb.