Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:09

Qobustan həbsxanasında məhbus intihar edib<p align=`left`><br><br>


Səs: Real audio
Elçin Şahmalıyev özünü asıb Avqustun 7-i gecə Qobustan həbsxanasında bir məhbus intihar edib. Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəis əvəzi Nazim Ələkbərovun verdiyi məlumata görə, məhbus Elçin Şahmalıyev özünü asaraq həyatına qəsd edib: «O, 13 il müddətinə azadlıqdan məhrum edilmişdi. Beş dəfə məhkum olunub. Yəqin ki, psixoloji durumu onu bu vəziyyətə gətirib. Fakt araşdırılır».



Yerli mediada həmin həbsxanada başqa bir məhbusun da intihar etməsi haqqında yazılanları cənab Ələkbərov təkzib edir. O, cəzaçəkmə müəssisələrində intiharlarla bağlı monitorinq aparılmadığını da bildirir.



İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı isə deyir ki, məhbusun intihar etməsinə saxlanma şəraiti və psixoloji durumu səbəb ola bilərdi: «Bir məhbus intihar edirsə, artıq bu siqnaldır».



İntihar faktıyla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi açılıb.
XS
SM
MD
LG