Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Ruslan Bəşirli üç ay müddətinə həbs edildi


Səs: Real audio
Cəlil Bəşirov Zərdab rayonunun Xanmədli kəndindəki evinə bir qrup adamın basqın etdiyini bildirir Avqustun 6-da Nəsimi rayon Məhkəməsinin qərarı ilə «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli haqqında üç ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.



Məlumatı onun vəkili Elçin Qəmbərli bildirib. Vəkilin sözlərinə görə, cənab Bəşirli ona qarşı irəli sürülən ittihamların hamısını rədd edib: «Bildirib ki, televiziyalarda nümayiş etdirilən video-kaset tamamilə montaj olub».



Bu arada Lider TV ilə çıxış edən Baş prokuror Zakir Qaralov avqustun 3-də Ruslan Bəşirliyə qarşı rəsmi ittiham irəli sürüldüyünü bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı digər şəxslərin həbs olunması sonrakı araşdırma zamanı müəyyən ediləcək. Cənab Qaralov onu da deyib ki, «Yeni Fikir»in rəhbərinin evində axtarış aparılarkən təşkilat üzvlərinin 40 nəfərlik siyahısı tapılıb: «Bəlkə də bir çox gənclər bu siyahıya necə düşdüklərini özləri də bilmirlər. Sözsüz ki, bu siyahı ilə də maraqlanacaq və müvafiq araşdırma aparacağıq».



R.Bəşirlinin atası Cəlil Bəşirov isə avqustun 6-da keçirdiyi mətbuat konfransında deyib ki, yaşadığı Zərdab rayonunun Xanmədli kəndindəki evinə bir qrup adam basqın edib. O, oğlundan imtina etməsi barədə yerli mediada deyilənləri təkzib edib.



Cəlil Bəşirov Zərdab rayonu Xanmədli kəndinin orta məktəb direktorudur.O, Yeni Azərbaycan Partiyasının üzvüdür.
XS
SM
MD
LG