Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Ruslan Bəşirli və Əli Kərimli ətrafında qalmaqal: kasset sübutdurmu?


Səs: Real audio
Asəf Quliyev: «Yaranmış qarşıdurmada bir neçə partiya üzvü bədən xəsarəti alıb» Azərbaycan Baş Prokurorluğunun məlumatına və "Lider" televiziyasının verdiyi videokassetə görə, "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli Tbilisidə özünü Gürcüstanın demokratik qüvvələrinin nümayəndələri kimi təqdim edən, ancaq əslində Ermənistan kəşfiyyatının nümayəndələri olan iki nəfərlə görüşüb. Onlardan 2 min dollar da pul alıb.



Kassetdə Ruslan Bəşirli deyir ki, bu barədə Əli Kərimliyə məlumat verəcək. O, özünü Amerikanın Milli Demokratiya İnstitutunun göstərişi ilə Azərbaycanda inqilab etmək istəyən qüvvələrin nümayəndəsi kimi təqdim edib. Bu kasseti çəkin Ermənistan kəşfiyyatı "Yeni Fikir"in sədrini və görüşdə iştiak edən digər üzvünü Osman Əlimuradovu şantaj edəndə kasseti alan Əlimuradov bunu Azərbaycanın hüquq-mühafizə orqanlarına verib. Bunlar rəsmi versiyadır.



Xalq Cəbhəsi partiyasının cavabı isə budur ki, bu, hakimiyyətin törətdiyi təxribatdır. Ermənistan xüsusi xidmətinin rəhbəri general Qorik Akopyan da "France Press"ə deyib ki, Ermənistan xüsusi xidmətlərinin bu qalmaqala cəlb olunması haqda məlumat uydurmadır.



İndi əsas sual odur ki, hakimiyyət tərəfdən siyasi motiv yoxdursa, istintaq materialı niyə televiziyayla göstərilir? Son məqsəd nədir?



Xalq Cəbhəsi partiyası bu klassetdə Ruslan Bəşirlinin dediyi sözləri nə ilə izah edir və məsuliyyət daşıyırmı?



Qonaqlar:



- Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə



- Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG