Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:46

İqtidar-müxalifət partiyalarının görüşü baş tutmadı


Səs: Real audio
ATƏT-in Bakı Ofisinin rəhbəri Maurissio Pavesi yenə təəssüf edir Avqustun 5-də Müsavat Partiyasında nəzərdə tutulmuş iqtidar-müxalifət partiyalarının görüşü baş tutmadı. Yeni Azərbaycan, Ana Vətən və Sosial Rifah partiyaları vəd etdikləri kimi tədbirə qatılmadılar. Toplantıda Xalq Cəbhəsi, Demokrat, Vətəndaş Həmrəyliyi, Milli İstiqlal partiyaları və ATƏT-in Bakı Ofisinin rəhbəri Maurissio Pavesi iştirak edirdı.



Müsavat Partiyasının başqanı İsa Qəmbər Yeni Azərbaycan Partiyasının görüşə qatılmamasının düzgün olmadığını söylədi. O, əldə edilmiş razılığın hakim partiya tərəfindən pozulduğunu bildirdi.



ATƏT-in Bakı Ofisinin rəhbəri Maurissio Pavesi isə iqtidar partiyasının görüşdə iştirak etməməsindən təəssüfləndiyini söylədi: «Keçən dəfə «Azadlıq» blokunun görüşə qatılmamasından təəssüfləndiyimi bildirmişdim. Bu dəfə isə Yeni Azərbaycan Partiyasının eyni hərəkətindən təəssüf hissi keçirirəm».



Cənab Pavessi siyasi qurumların gələn həftə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında bir araya gələcəyinə ümid edir.



İqtidar-müxalifət partiyalarının ilk görüşü bu il mayın 4-də YAP-da, ikincisi isə AXCP-də keçirilib. Üçüncü görüş Müsavatda keçirilməli olsa da, hakim partiya iyunun 29-da yeddi partiyanı qərargahına dəvət edib. «Azadlıq» bloku isə görüşə qatılmayıb.
XS
SM
MD
LG