Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

"Yeni Fikir"in sədri hakimiyyəti zorla ələ keçirməyə cəhddə günahlandırılır


Səs: Real audio
Ruslan Bəşirli haqqında cinayət işi açılıb Avqustun 4-də «Yeni Fikir» gənclər təşkilatının sədri Ruslan Bəşirli Baş Prokurorluq tərəfindən şübhəli şəxs qismində saxlanıb. Baş Prokurorluğun yaydığı məlumatda onun təşkilatın digər üzvü Osman Əlimuradovun ərizəsinə əsasən saxlandığıı bildirilir.



Məlumata görə, iyulun 28-29-da R.Bəşirli və O.Əlimuradov AXCP sədri Əli Kərimlinin tapşırığı ilə Tbilisiyə səfər etmiş və burada özlərini Gürcüstan demokratik qüvvələrinin nümayəndələri kimi təqdim edən Merabi Cibutiya və əslində Ermənistan xüsusi xidmət orqanlarının işçiləri olan Georgi İspryan və Vardan adlı şəxslərlə görüşmüşlər.



Məlumatda R.Bəşirlinin G.İspryanla əməkdaşlıq etmək barədə razılaşdığı, O.Əlimuradovun isə bundan imtina etdiyi bildirilir.



Cənab Bəşirliyə qarşı Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) qarşı cinayət işi açılıb. Onun hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlandığı bildirilir.



AXCP-nin yaydığı bəyanatda isə baş verənlər müxalifətə qarşı aparılan böhtan kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir.
XS
SM
MD
LG