Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Test suallarını oğurlamaqda ittiham edilənlərə hökm oxunub


Səs: Real audio
Doqquz nəfər 2 ildən 8 ilə qədər azadlıqdan məhrum edilib Avqustun 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən il ali məktəblərə qəbul imtahanları zamanı test suallarını oğurlamaqda ittiham edilən 16 nəfərə hökm oxunub. Hakim Mənsur İbayevin çıxartdığı hökmlə doqquz nəfər 2 ildən 8 ilə qədər azadlıqdan məhrum edilib. Digər yeddi müttəhim isə cərimə edilib.



Müttəhimlərin vəkili Afət Qazıyeva deyir ki, məhkəmə istintaq materiallarını tam araşdırmayıb. O, hökmdən apellyasiya şikayəti verəcəklərini bildirir.



Barələrində hökm çıxarılmış bu şəxslər ötən il Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. Həmin vaxt test suallarının oğurlanması üzündən köçürmə hallarının baş verdiyini iddia edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 90-a yaxın abituriyentlə bağlı təkrar imtahan keçirmişdi.
XS
SM
MD
LG