Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:08

OPEK BTC-ni alqışlayır


Səs: Real audio
Əbdülrəhman Əl-Xeraiqi: «Neftin qiymətini ABŞ-ın emal zavodları qaldırır» OPEK-in Media ilə Əlaqələr Bölməsinin rəhbəri Əbdülrəhman Əl-Xeraiqi «Azadlıq» radiosuna eksklüziv müsahibəsində Bakı-Tbilisi-Ceyhan kəmərilə Avropaya neftin daşınacağını müsbət qarşıladığını deyir: «Biz neft bazarındakı hər hansı dəyişikliyi, yeniliyi alqışlayırıq. Çünki yeni neft istehsalçısı qiymət sabitliyi gətirir».



O, OPEK-in neft ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirir. «Qazaxıstan iki dəfə bizim toplantıya qatılıb. Əgər Azərbaycan və ya hər hansı digər ölkə də gələcəkdə OPEK-lə işləmək istəyirsə, rəsmi münasibətlər vasitəsilə bunu həyata keçirməyə başlamalıdı» - deyə, o vurğulayır.



Cənab Əl-Xeraiqi İranın uranın zənginləşdirilməsi proqramına qatılmasının neftin qiymətlərinə ciddi təsir göstərməyəcəyini söyləyir. Onun sözlərinə görə, hazırda dünya bazarında neftin qiymətinin artması iqtisadi amillərlə bağlı deyil: «Qiyməti ABŞ-ın neft emalı zavodları qaldırır. Bu müəssisələr neft məhsullarına artan tələbatı ödəyə bilmirlər».



OPEK nümayəndəsi deyir ki, qurum növbəti ildə qiymətləri 50-52 dollar arasında saxlamağa çalışacaq: «Gələn il qiymətin 60-62 dollara çatmayacağını deyə bilərik».



OPEK-neft ixrac edən ölkələri birləşdirən qurumdur. 1976-cı ildə yaradılıb.
XS
SM
MD
LG