Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:01

«Beynəlxalq və Kapital bankların özəlləşdirilməsi baş tutmayacaq»


Səs: Real audio
Ədliyyə Nazirliyində «qaynar xətt» yaradılıb «Yeni Azərbaycan» qəzetindəki «Rəsmi Yerevan düşdüyü vəziyyətdən çıxa bilmir» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan Dağlıq Qarabağın 50 il müddətinə BMT-nin idarəçiliyinə verilməsini təklif edib. Məqalədə bildirilir ki, bu, Yerevanın münaqişənin həllini danışıqlar yolu ilə həll etmək iqtidarında olmadığını göstərir. Azərbaycan isə problemi gələcək nəsillərə miras qoymaq istəmir. Müəllif yazır ki, təbii olaraq rəsmi Bakı bu təkliflə razılaşa bilməz, çünki onun kifayət qədər potensialı var. Söhbət həm iqtisadi, həm hərbi, həm də siyasi imkanlardan gedir. Məqalədə Ermənistanın belə potensialının olmadığı da vurğulanır.



«Ayna» qəzetindəki «Vaşinqton Azərbaycanda informasiya müharibəsinə hazırlaşır» başlıqlı məqalədə Cəsur Məzahiroğlu yazır ki, Birləşmiş Ştatlar Azərbaycan əhalisinin informasiya aclığına tamamilə son qoymaq niyyətindədir. Bu məqsədlə ABŞ Azərbaycan və Qırğızıstanda demokratiya üzrə informasiya mərkəzləri açacaq. Müəllif hesab edir ki, əhali bu mərkəzlər vasitəsi ilə ölkədə cərəyan edən hadisələrin mahiyyətindən ətraflı xəbər tutmaq imkanı qazanacaq.



«Xalq Cəbhəsi» qəzetindəki «Bankların özəlləşdirilməsi baş tutmayacaq» başlıqlı məqalədə Mahir Həmzəoğlu yazır ki, söhbət Beynəlxalq və Kapital banklardan gedir. Prezidentin fərmanına əsasən hər iki bank 2004-cü ilin sonunadək özəlləşdirilməli idi. Məqalədə bildirilir ki, indiyədək bu bankların bazar qiymətləri müəyyənləşdirilməyib. Müəllif yazır ki, özəlləşdirmənin baş tutmamasının əsas səbəblərindən biri də Avropa Yenidənqurma və İnkişaf Bankının bu bankların səhmlərini çox ucuz qiymətə almaq istəməsidir.
XS
SM
MD
LG